5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı komissiya yaradılıb

ABŞ, Avropa ölkələri və Ukrayna Kiyevə təhlükəsizlik təminatları ilə bağlı təklif hazırlamaq üçün xüsusi komissiya yaradıb. Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

19 Avqust 2025 21:36
Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı komissiya yaradılıb

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ, Avropa ölkələri və Ukrayna Kiyevə təhlükəsizlik təminatları ilə bağlı təklif hazırlamaq üçün xüsusi komissiya yaradıb.

AzerVoice xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yaxın günlərdə ABŞ, Ukrayna və bir sıra Avropa ölkələrindən yüksək vəzifəli nümayəndələr təhlükəsizlik təminatları ilə bağlı ətraflı təklif üzərində işləyəcəklər. Mənbələrin bildirdiyinə görə, komissiyaya ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edəcək.

Portal yazır ki, ABŞ prezidenti Donald Tramp avqustun 18-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməsinin vacibliyini vurğulayıb. Bildirilir ki, Tramp Putini bu məsələlərin müzakirəsində “realist mövqe sərgiləməyə” çağırıb.

Tramp daha əvvəl bəyan etmişdi ki, Ukraynaya veriləcək təhlükəsizlik təminatları NATO-nun birbaşa müdafiəsini nəzərdə tutmayacaq. Bununla belə, o, ABŞ-ın Avropaya, xüsusilə hava məkanının qorunması ilə bağlı dəstək verməyə hazır olduğunu qeyd edib, lakin detalları açıqlamayıb.

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə Donald Tramp, Volodimir Zelenski, Finlandiya prezidenti Aleksander Stubb, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO baş katibi Mark Rütte arasında görüş keçirilib. ABŞ lideri bunun ilk dəfə belə geniş tərkibdə təşkil olunduğunu və mövzunun əhəmiyyətini göstərdiyini vurğulayıb.

Görüş zamanı Tramp həmçinin Vladimir Putinlə də telefonla danışıb. Ağ Evin məlumatına görə, tərəflər Putinlə Zelenski arasında mümkün görüşü, eləcə də üçtərəfli danışıqlar imkanlarını müzakirə ediblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Vaşinqton və Moskva Kiyev ilə birbaşa məsləhətləşmələrin davam etdirilməsini dəstəkləyib və onların daha yüksək səviyyədə keçirilməsi variantını nəzərdən keçirib.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #NATO #Volodimir Zelenski #Kiyev #Telefon danışığı #Avropa ölkələri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.