4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rohingiya müsəlmanları zorakılıqlar bitmədən Myanmaya qayıda bilməz - BMT

BMT-nin Myanma üzrə Müstəqil İstintaq Mexanizminin rəhbəri Nikolas Koumjian Banqladeşə sığınan bir milyondan çox Rohinca müsəlmanının onlara qarşı zorakılıqlar dayanmadan və məsul şəxslər məhkəmə qarşısına çıxarılmadan Myanmaya təhlükəsiz şəkildə qayıda bilməyəcəyini bildirib. BMT-nin açıqlamasında qeyd olunub ki, son 18 ayda Rakhayn əyalətində artan zorakılıqlar nəticəsində təxminən 150 min nəfər əlavə olaraq Banqladeşə sığınıb. İstintaq Mexanizmi kəndlərin yandırılması, qətllər, işgəncələr və zorlamalarla bağlı yeni araşdırmalara başlayıb.

22 Avqust 2025 10:23
Rohingiya müsəlmanları zorakılıqlar bitmədən Myanmaya qayıda bilməz - BMT

BAKI, AzerVoice, Nərmin Ağayeva

Rohingiya müsəlmanları zorakılıqlar bitmədən Myanmaya qayıda bilməz.

AzerVoice xəbər verir ki, BMT-nin Myanma üzrə Müstəqil İstintaq Mexanizminin rəhbəri Nikolas Koumjian Banqladeşə sığınan bir milyondan çox Rohingiya müsəlmanının onlara qarşı zorakılıqlar dayanmadan və məsul şəxslər məhkəmə qarşısına çıxarılmadan Myanmaya təhlükəsiz şəkildə qayıda bilməyəcəyini bildirib.

BMT-nin açıqlamasında qeyd olunub ki, son 18 ayda Rakhayn əyalətində artan zorakılıqlar nəticəsində təxminən 150 min nəfər əlavə olaraq Banqladeşə sığınıb. İstintaq Mexanizmi kəndlərin yandırılması, qətllər, işgəncələr və zorlamalarla bağlı yeni araşdırmalara başlayıb.

Koumjian vurğulayıb ki, törədilən cinayətlərə görə indiyədək heç kim məsuliyyətə cəlb edilməyib. “Bu, zorakılığı daha da artırır. Rohingiya qaçqınları evlərinə qayıtmaq istəyirlər, lakin bunu yalnız təhlükəsiz olduqda edə bilərlər”, – deyə o bildirib.

Məlumata görə, Koumjian avqustun 24-25-də Banqladeşin Koks Bazar şəhərində Rohingiya müsəlmanlarının vəziyyətinə dair keçiriləcək “maraqlı tərəflərin dialoqu” toplantısında iştirak edəcək.

Qeyd edək ki, 2017-ci ilin avqustundan etibarən 900 mindən çox Rohingiya müsəlmanı Myanmanın Rakhayn əyalətini tərk edərək Banqladeşə sığınıb. Onların yarısı uşaqlardır. BMT və beynəlxalq insan haqları təşkilatları Rohingiyalılara qarşı törədilən zorakılığı “etnik təmizləmə” və “soyqırım” kimi qiymətləndirir.

Məqalədə: #BMT #müsəlman #qaçqın #Banqladeş #Rohingiyalı müsəlmanlar #Rohingiya müsəlmanları #Myanma #nifrətə əsaslanan zorakılıq

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat
Cəmiyyət

Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

2 Sentyabr 11:29
HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib
Yaxın Şərq

HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

31 Avqust 22:33

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.