11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp “Müdafiə Nazirliyi”nin adını “Müharibə Nazirliyi” ilə əvəzləyən fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp, Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsini nəzərdə tutan prezident fərmanına imza atıb. O bildirib ki, yeni qərarın qüvvəyə minməsi üçün Konqresdə hüquqi dəyişikliklərin edilməsi tələb olunur və bu istiqamətdə müraciətlər ediləcək.

6 Sentyabr 2025 10:43
Tramp “Müdafiə Nazirliyi”nin adını “Müharibə Nazirliyi” ilə əvəzləyən fərman imzalayıb

BAKI,AzerVoice, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Tramp, Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsini nəzərdə tutan prezident fərmanına imza atıb.

AzerVoice xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, yeni qərarın qüvvəyə minməsi üçün Konqresdə hüquqi dəyişikliklərin edilməsi tələb olunur və bu istiqamətdə müraciətlər ediləcək.

“Birinci Dünya Müharibəsini qazandıq, İkinci Dünya Müharibəsini qazandıq. Ondan əvvəl və sonra da hər şeyi qazandıq. Sonra nazirliyin adını Müdafiə Nazirliyi etdik. İndi isə biz ona Müharibə Nazirliyi adını veririk”- deyə o bildirib.

Tramp, toplantıda iştirak edən Müdafiə naziri Pit Heqsetə müraciət edərək onu “Müharibə Nazirimiz” kimi təqdim edib və yeni adın “dünyanın hazırkı vəziyyəti nəzərə alındıqda daha uyğun olduğunu” söyləyib.

Tramp, jurnalistlərin “Konqres bu ad dəyişikliyi ilə bağlı qanunvericilik addımı atacaqmı?” sualına cavabında belə deyib:

“Bunu edəcəklərinə əmin deyiləm, amma məcbur olduqlarını bilirəm. Bu gün prezident fərmanını imzaladıq, indi isə Konqresin nə edəcəyini görəcəyik”- deyə Tramp vurğulayıb.

Qeyd edək ki, “Müharibə Nazirliyi” ABŞ Konstitusiyasının qüvvəyə mindiyi 1789-cu ildə yaradılmışdı. İkinci Dünya Müharibəsinin bitməsindən iki il sonra – 1947-ci ildə qəbul edilən qanunla isə qurumun adı “Müdafiə Nazirliyi” olaraq dəyişdirilmişdi.

Məqalədə: #ABŞ #Donald Tramp #ABŞ Dövlət Departamenti #Ağ Ev #İkinci Dünya Müharibəsi #Pit Heqset #ABŞ Müdafiə Nazirliyi #ABŞ Müharibə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41

Son Xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
Qətər Ulduzlar Liqasının Baş Assambleyasının iclası keçirilib
Qətər Ulduzlar Liqasının Baş Assambleyasının iclası keçirilib
21:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.