9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tunisdə Azadlıq Flotiliyasına qarşı dron hücumu araşdırılır

Tunisin təhlükəsizlik qüvvələri Sidi Busaid limanında Azadlıq Flotiliyasının əsas gəmisinə qarşı həyata keçirilən dron hücumu ilə bağlı araşdırma aparır. Paytaxt Tunisdə keçirilən mətbuat konfransında Mağrib Flotiliyası İcra Komitəsinin üzvü Qəssan əl-Hənşiri bildirib ki, istintaq Tunisin təhlükəsizlik qurumları tərəfindən davam etdirilir.

9 Sentyabr 2025 15:55
Tunisdə Azadlıq Flotiliyasına qarşı dron hücumu araşdırılır

BAKI,AzerVoice, Fərid Mikayılov

Tunisin təhlükəsizlik qüvvələri Sidi Busaid limanında Azadlıq Flotiliyasının əsas gəmisinə qarşı həyata keçirilən dron hücumu ilə bağlı araşdırma aparır.

AzerVoice xəbər verir ki, Flotiliya rəhbərliyi hücuma baxmayaraq Qəzzaya doğru yola davam edəcəklərini bəyan edib.

Paytaxt Tunisdə keçirilən mətbuat konfransında Mağrib Flotiliyası İcra Komitəsinin üzvü Qəssan əl-Hənşiri bildirib ki, istintaq Tunisin təhlükəsizlik qurumları tərəfindən davam etdirilir.

“Dünən gecə baş verənlərin detalları Tunis rəsmilərinin əlindədir. Xüsusi qrup araşdırma aparır, bütün texniki yoxlamalar həyata keçirilir. Bu məsələ dövlət təhlükəsizliyi ilə bağlı olduğundan əlavə detallar açıqlaya bilmərik. Ancaq heç kim bizi Qəzzaya getməkdən çəkindirə bilməz” – deyə Hənşiri vurğulayıb.

Onun sözlərinə görə, flotiliyanın yeganə məqsədi İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq və bölgədə davam edən soyqırıma qarşı beynəlxalq həmrəyliyi gücləndirməkdir.

Flotiliya rəhbərliyi ötən gecə sosial şəbəkədə yaydığı məlumatda, ən böyük gəmilərindən birinə “PUA hücumu” edildiyini bildirmişdi. İdarə heyətinin üzvü Nebil Şənufi videomüraciətində gəmidə xəsarət alan olmadığını, yalnız ön hissədə xırda zədələr meydana gəldiyini açıqlayıb.

Bununla yanaşı, Tunis Daxili İşlər Nazirliyi yayılan bəzi məlumatları təkzib edərək, gəmilərdən birinə insansız hava aparatının düşməsi barədə iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Azadlıq Flotiliyasının 10 sentyabr Çərşənbə günü Tunisiyadan yola çıxması planlaşdırılır. Flotiliyada onlarla türk və təxminən 150 Tunisli fəal iştirak edəcək.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Tel-Əviv #Tunis #təhlükəsizlik #PUA hücumu #İsrail dronları #Azadlıq Flotiliyası #Tunisdə dron hücumu

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.