Qırğızıstan Prezidenti Dohadakı raket hücumlarını pisləyib
Çərşənbə axşamı Dohada partlayış səsləri eşidilib. İsrail qırıcı təyyarələrinin Qətərin paytaxtında HƏMAS rəhbərliyini hədəf alan hava zərbəsi endirdiyi açıqlanıb. Hadisə, Qəzza ilə bağlı atəşkəs razılaşması üzrə aparılan danışıqlara yeni zərbə kimi qiymətləndirilir.
Azadlıq Flotiliyasına daha bir PUA hücumu: Gəmilərdə yanğın baş verib
İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxan Azadlıq (Sumud) Flotiliyasına qarşı növbəti pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib. Flotiliya rəhbərliyinin açıqlamasına görə, hücum nəticəsində xəsarət alan olmayıb, lakin gəmilərdən birində yanğın baş verib və Tunisli xilasedicilər tərəfindən qısa müddətdə söndürülüb.
Tunisdə Azadlıq Flotiliyasına qarşı dron hücumu araşdırılır
Tunisin təhlükəsizlik qüvvələri Sidi Busaid limanında Azadlıq Flotiliyasının əsas gəmisinə qarşı həyata keçirilən dron hücumu ilə bağlı araşdırma aparır. Paytaxt Tunisdə keçirilən mətbuat konfransında Mağrib Flotiliyası İcra Komitəsinin üzvü Qəssan əl-Hənşiri bildirib ki, istintaq Tunisin təhlükəsizlik qurumları tərəfindən davam etdirilir.