7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avstraliya nüvə sualtı qayıqlarının modernləşdirilməsinə böyük sərmaye ayırcaq

Avstraliya AUKUS sazişi çərçivəsində əldə edəcəyi nüvə sualtı qayıqları üçün infrastrukturun modernləşdirilməsinə böyük sərmayə ayıracaq. Bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz məlumat verib. Onun sözlərinə görə, hökumət 12 milyard Avstraliya dolları (təxminən 8 milyard ABŞ dolları) xərcləyərək gəmiqayırma və texniki xidmət müəssisələrini yeniləyəcək. Bu sərmayə on il ərzində qərbi Avstraliyanın Pert şəhərində yerləşən gəmiqayırma və təmir mərkəzinə yönəldiləcək.

14 Sentyabr 2025 10:27
Avstraliya nüvə sualtı qayıqlarının modernləşdirilməsinə böyük sərmaye ayırcaq

BAKI, AzerVoice, Səməd Əyyubov

Avstraliya AUKUS sazişi çərçivəsində əldə edəcəyi nüvə sualtı qayıqları üçün infrastrukturun modernləşdirilməsinə böyük sərmayə ayıracaq.

AzerVoice xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz məlumat verib.

Onun sözlərinə görə, hökumət 12 milyard Avstraliya dolları (təxminən 8 milyard ABŞ dolları) xərcləyərək gəmiqayırma və texniki xidmət müəssisələrini yeniləyəcək. Bu sərmayə on il ərzində qərbi Avstraliyanın Pert şəhərində yerləşən gəmiqayırma və təmir mərkəzinə yönəldiləcək.

Nazir əlavə edib ki, Henderson mərkəzi nüvə sualtı qayıqlarının texniki xidmətini həyata keçirmək üçün yüksək təhlükəsizlikli quru doklarla təchiz ediləcək. Bundan başqa, burada desant gəmiləri və Yaponiya istehsalı olan “Mogami” tipli freqatların istehsalı üçün yeni obyektlər də inşa olunacaq.

Modernləşdirilmiş infrastruktur, həmçinin ABŞ nüvə sualtı qayıqlarının da AUKUS sazişi çərçivəsində bu obyektlərdən istifadəsinə imkan verəcək.

Qeyd edək ki, Avstraliya hökuməti Henderson mərkəzi üçün maliyyələşdirməyə AUKUS sazişinin imzalanmasından dərhal sonra başlayıb. Saziş çərçivəsində Avstraliya 15 il ərzində ABŞ-dan üç “Virginia” tipli nüvə sualtı qayığı alacaq. Gələcəkdə isə ölkənin öz nüvə sualtı qayıqlarını istehsal edə bilməsi üçün infrastruktur yaradılması nəzərdə tutulur.

2021-ci ildə ABŞ və Böyük Britaniya ilə imzalanmış AUKUS sazişinin əsas məqsədi isə Çinin bölgədə artan təsirinə qarşı balans yaratmaqdır.

Məqalədə: #Avstraliya #Avstraliya nüvə sualtı qayıqları #Avstraliya AUKUS sazişi #Avstraliya ABŞ Böyük Britaniya müdafiə ittifaqı #Avstraliya Henderson gəmiqayırma mərkəzi #Avstraliya Pert gəmiqayırma #Avstraliya müdafiə naziri Riçard Marlz

Mövzu üzrə digər xəbərlər

Misir baş məşqçisi dünya çempionatında qələbəni Fələstinə həsr edib
Yaxın Şərq

Misir baş məşqçisi dünya çempionatında qələbəni Fələstinə həsr edib

4 İyul 18:50
Məhəmməd Salahdan "Panenka" şousu: Misir Avstraliyanı turnirdən kənarlaşdırdı
ArabSport

Məhəmməd Salahdan "Panenka" şousu: Misir Avstraliyanı turnirdən kənarlaşdırdı

4 İyul 14:00
Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveç İsrail sakinlərinin zorakılığına qarşı koordinasiyalı addım atıb
Digər Dövlətlər

Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveç İsrail sakinlərinin zorakılığına qarşı koordinasiyalı addım atıb

9 İyun 19:26
Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq
Digər Xəbərlər

Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

9 İyun 19:22

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.