6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ məhkəməsi Trampın minlərlə dövlət qulluqçusunu işdən azad etmə planını dayandırıb

ABŞ-da federal hakim Syuzen İllston prezident Donald Tramp administrasiyasının minlərlə dövlət qulluqçusunu işdən azad etmə planını müvəqqəti olaraq dayandırıb. Qərar Kaliforniya federal məhkəməsində keçirilən dinləmədən sonra elan olunub. Hakim bildirib ki, Tramp administrasiyasının addımları qanunla ziddiyyət təşkil edir və açıq siyasi motiv daşıyır.

16 Oktyabr 2025 11:56
ABŞ məhkəməsi Trampın minlərlə dövlət qulluqçusunu işdən azad etmə planını dayandırıb

BAKI, AzerVoice, Fərid Mikayılov

ABŞ-da federal hakim Syuzen İllston prezident Donald Tramp administrasiyasının minlərlə dövlət qulluqçusunu işdən azad etmə planını müvəqqəti olaraq dayandırıb. Qərar Kaliforniya federal məhkəməsində keçirilən dinləmədən sonra elan olunub.

AzerVoice xəbər verir ki, San-Fransiskoda keçirilən iclasda İllston iki həmkarlar ittifaqının müraciətini qəbul edərək, 30-dan çox dövlət qurumunda planlaşdırılan ixtisarların məhkəmə araşdırması bitənədək dayandırılmasına qərar verib.

Hakim bildirib ki, Tramp administrasiyasının addımları qanunla ziddiyyət təşkil edir və açıq siyasi motiv daşıyır.

“Qanunların hökm sürdüyü bir ölkədə hökumət məmurlarını siyasi mənsubiyyətə görə hədəf almaq olmaz. Bu, qanuna ziddir” – deyə İllston vurğulayıb.

Ağ Ev keçən həftə açıqlamışdı ki, hökumət bağlanması (shutdown) səbəbindən dövlət strukturlarında kütləvi ixtisarlar başlayıb. Tramp, 15 gündür davam edən maliyyə böhranı dövründə “Demokrat qurumlarında” işçi sayını azaltmaqla hədələyirdi.

Hazırda 8 dövlət agentliyində 4 min 100 nəfərə işdən azad edilmə bildirişi göndərilib.

Məhkəmə iclasında Ədliyyə Nazirliyinin nümayəndəsi Elizabet Hedcəs ittihamları cavablandırmağa hazır olmadığını deyib və həmkarlar ittifaqlarının əvvəlcə federal əmək münasibətləri şurasına müraciət etməli olduqlarını bildirib.

Hakim İllston isə bu arqumenti rədd edib və hökumətin mövqeyini “zəif və qeyri-ciddi” adlandırıb.

“İşçilərin başı üzərinə baltalar enir, sizsə bunun qanuni olub-olmadığını belə izah etməyə hazır deyilsiniz” – deyə hakim sərt reaksiya verib.

ABŞ Dövlət Xidmətçiləri Federasiyası və Dövlət, Rayon və Bələdiyyə İşçiləri Federasiyası bildiriblər ki, hökumətin ixtisar qərarı maliyyə böhranı zamanı vacib olmayan xidmətlərin icrası kimi qiymətləndirilə bilməz və qanunsuzdur.

Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, Konqresdəki respublikaçılar büdcə layihəsini qəbul edə bilməyiblər. Senatda demokratlar səhiyyə sığortası subsidiyalarının uzadılması tələbindən geri çəkilməyiblər.

Məqalədə: #ABŞ #ABŞ Dövlət Departamenti #Ağ Ev #Tramp administrasiyası #ABŞ-da kütləvi işçi ixtisarı #San Fransisko etirazları #kütləvi işçi ixtisarı #Syuzen İllston

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.