5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-da Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilib

ABŞ prezidenti Donald Trampa qarşı yönəlmiş kütləvi etiraz aksiyaları şənbə günü ölkə üzrə on minlərlə insanı küçələrə çıxarıb. Aksiyalar prezidentin “avtoritar meyilli siyasətləri”nə etiraz məqsədi daşıyıb.Təşkilatçıların məlumatına görə, təxminən 7 milyon insan 2700-dən çox şəhər və qəsəbədə dinc yürüşlərdə iştirak edib - bu, iyun ayında keçirilən əvvəlki etiraz dalğasından yüzlərlə məntəqə artıqdır.

19 Oktyabr 2025 11:45
ABŞ-da Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilib

BAKI,AzerVoice

ABŞ prezidenti Donald Trampa qarşı yönəlmiş kütləvi etiraz aksiyaları şənbə günü ölkə üzrə on minlərlə insanı küçələrə çıxarıb. Aksiyalar prezidentin “avtoritar meyilli siyasətləri”nə etiraz məqsədi daşıyıb.Təşkilatçıların məlumatına görə, təxminən 7 milyon insan 2700-dən çox şəhər və qəsəbədə dinc yürüşlərdə iştirak edib - bu, iyun ayında keçirilən əvvəlki etiraz dalğasından yüzlərlə məntəqə artıqdır.

Etirazçılar “Heç kim qanundan üstün deyil”, “Demokratiya - diktatura deyil” kimi şüarlar səsləndiriblər. Bir çox iştirakçılar jurnalistlərə bildirib ki, Trampın ikinci prezidentlik müddətinin doqquzuncu ayına keçməsinə baxmayaraq, ABŞ-da demokratiyanın təhlükə altında olduğuna inanırlar.

Nyu-York polisi şəhər üzrə keçirilən müxtəlif aksiyalarda 100 mindən çox iştirakçının qeydə alındığını açıqlayıb. Rəsmilər iğtişaş və ya həbslərin qeydə alınmadığını bildiriblər.

Almaniya xəbər agentliyinin məlumatına görə, Tayms meydanından Yunion meydanına qədər olan küçələr izdihamla dolub. Eyni zamanda, Vaşinqton, Boston, Atlanta, Çikaqo, Los-Anceles və digər iri şəhərlərdə də minlərlə insan küçələrə çıxıb.

Pensilvaniyanın Pittsburq şəhərində minlərlə vətəndaşın iştirak etdiyi yürüşlər keçirilib, daha kiçik şəhərlərdə – məsələn, Vaşinqton bölgəsindəki Bethesda və Florida ştatının Sarasota qraflığında da izdihamlı aksiyalar baş tutub.

CNN xəbər verib ki, Cənubi Karolinada bir qadın etirazçılara silah tuşladığı üçün saxlanılıb.

Etirazları təşkil edən hərəkatın saytında qeyd olunub ki, “Tramp administrasiyası küçələrə maskalı agentlər göndərir, icazəsiz həbslər həyata keçirir və ictimaiyyətdə qorxu mühiti yaradır.”

Hərəkat Trampı seçkiləri təhlükə altına salmaqda, sağlamlıq və ətraf mühitin müdafiəsi mexanizmlərini zəiflətməkdə, varlı dairələrin mənafeyini qorumaqda ittiham edir.

“Prezident düşünür ki, hakimiyyəti mütləqdir, amma ABŞ-da diktatorlar yoxdur,” - deyə hərəkatın bəyanatında vurğulanıb.

Tramp və onun Respublikaçılar Partiyası bu ittihamları rədd edir. Harvard Universitetinin Kütləvi Tədbirləri Araşdırma İttifaqının məlumatına görə, Trampın ikinci prezidentlik dövründə etirazların sayı birinci dövrdən əhəmiyyətli dərəcədə çoxdur.

İyun ayında keçirilən aksiyalar ABŞ tarixində ən böyük ictimai etirazlardan biri kimi qeydə alınmışdı.

Məqalədə: #ABŞ #Donald Tramp #Almaniyada etiraz aksiyaları #Harvard Universiteti #Toronto etiraz aksiyaları #Şimali Karolina ştatı #Trampa qarşı kütləvi etiraz aksiyaları #Nyu-York polisi #Cənubi Karolina

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.