5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Taylandda “ana kraliça” Sirikit 93 yaşında vəfat etdi

Tayland Kral Sarayının məlumatına görə, ölkənin “ana kraliçası” Sirikit 93 yaşında vəfat edib. AzerVocie xəbər verir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə Tayland monarxiyasına zəriflik və parlaqlıq gətirən Sirikit, uzun illər ərzində xalqın dərin hörmətini qazanmışdı.

25 Oktyabr 2025 07:38
Taylandda “ana kraliça” Sirikit 93 yaşında vəfat etdi

BAKI, AzerVoice

Tayland Kral Sarayının məlumatına görə, ölkənin “ana kraliçası” Sirikit 93 yaşında vəfat edib. AzerVocie xəbər verir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə Tayland monarxiyasına zəriflik və parlaqlıq gətirən Sirikit, uzun illər ərzində xalqın dərin hörmətini qazanmışdı.

Tayland hökumətinin sözçüsü bildirib ki, baş nazir Anutin Çarnvirakul “ana kraliça” Sirikitin vəfatı ilə əlaqədar Malayziyada keçiriləcək Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) sammitinə səfərini ləğv edib. Bu gün Nazirlər Kabineti dəfn mərasiminin təşkili ilə bağlı toplanacaq.

Sirikit 2012-ci ildə insult keçirdikdən sonra ictimaiyyət qarşısında görünmürdü. Onun həyat yoldaşı, kral Bhumibol Adulyadej, 1946-cı ildən 2016-cı ilə qədər 70 il taxtda qalaraq Taylandın ən uzun müddət hakimiyyətdə olan monarxı olub. Cütlük xeyriyyə fəaliyyəti ilə xalqın sevgisini qazanmışdı.

Sirikit 1932-ci ildə diplomatik ailədə, Fransada səfir olan atasının ailəsində doğulub. Parisdə musiqi və dil təhsili aldığı dövrdə İsveçrədə böyüyən gələcək kral Bhumibolla tanış olmuşdu. Onlar 1949-cu ildə nişanlanıb, bir il sonra Taylandda evləniblər.

Zərifliyi ilə seçilən Sirikit, fransız dizayner Pyer Balmenlə əməkdaşlıq edərək Tayland ipəyindən hazırlanmış gözoxşayan geyimləri ilə beynəlxalq moda çevrələrində tanınıb. O, eyni zamanda ənənəvi toxuculuq sənətini dəstəkləyərək Tayland ipək sənayesinin dirçəlməsinə mühüm töhfə verib.

Dörd onillik ərzində kral Bhumibolla birlikdə ucqar kəndlərə səfərlər edən “ana kraliça” kəndlilərin rifahını artırmağa yönəlmiş sosial layihələrə rəhbərlik edib. Onun bu fəaliyyətləri hər axşam krallığın televiziya proqramlarında yayımlanırdı.

1976-cı ildən onun doğum günü (12 avqust) Taylandda Ana Günü dövlət bayramı elan edilib.

Kraliça Sirikitin yeganə oğlu, hazırkı kral Maha Vajiralongkorn (Rama X) atasının 2016-cı ildəki ölümündən sonra taxta çıxıb. 2019-cu ildə tacqoyma mərasimində Sirikitə “ana kraliça” titulu rəsmi şəkildə verilib.

Tayland monarxiyası formal olaraq siyasətdən kənarda dursa da, bəzən Sirikit də daxil olmaqla kral ailəsinin bəzi üzvləri siyasi xarakterli addımlar atmaqla diqqət çəkiblər.

Sirikit çoxsaylı tailandlıların yaddaşında xeyriyyəçiliyin və analıq fəzilətinin simvolu kimi qalacaq. Onun dörd övladı var - oğlu kral Maha və üç qızı.

Məqalədə: #ASEAN #Anutin Çanvirakul #Tayland Kral Sarayı #Bhumibol Adulyadej #Sirikit #Ana Günü #Maha Vajiralongkorn #Rama X

Mövzu üzrə digər xəbərlər

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Tarixdə bu gün – 8 Avqust
Tarixdə bu gün

Tarixdə bu gün – 8 Avqust

8 Avqust 00:01
İran və Misirin XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər
İran

İran və Misirin XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər

24 İyul 20:22
Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Digər Dövlətlər

Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

23 İyul 18:18

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.