12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin raket arsenalını genişləndirir

ABŞ-nin CNN International telekanalının peyk görüntüləri, xəritələr və rəsmi sənədlərə əsaslanan xüsusi təhlili göstərib ki, Çin 2020-ci ildən bəri raket istehsalı ilə bağlı müəssisələrində genişmiqyaslı artım həyata keçirib.

8 Noyabr 2025 22:40
Çin raket arsenalını genişləndirir

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-nin CNN International telekanalının peyk görüntüləri, xəritələr və rəsmi sənədlərə əsaslanan xüsusi təhlili göstərib ki, Çin 2020-ci ildən bəri raket istehsalı ilə bağlı müəssisələrində genişmiqyaslı artım həyata keçirib. AzerVoice CNN-nə istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Raket Qüvvələri (PLARF) və ona bağlı strukturlarla əlaqəli 136 obyektin 60 faizindən çoxunda genişləndirilmə əlamətləri müşahidə olunub.

Təhlil göstərir ki, zavodlar, tədqiqat laboratoriyaları və sınaq mərkəzlərini əhatə edən bu hərbi-sənaye obyektlərinin ümumi sahəsi 2020-ci ilin əvvəlinə nisbətən 2025-ci ilin sonuna kimi 2 milyon kvadratmetrdən artıq böyüyüb. Peyk görüntülərində yeni tikililər, istehsal korpusları, anbar və qoruyucu divarların inşası aydın şəkildə görünür.

Mütəxəssislər hesab edirlər ki, Pekinin bu addımı ABŞ-ni bölgədə çəkindirmək və Çin Silahlı Qüvvələrinin güc balansını öz xeyrinə dəyişmək məqsədi daşıyır. Ekspertlər Çinin bu addımını yeni silahlanma yarışının ilkin mərhələsi kimi xarakterizə edirlər.

Hesabatda bildirilir ki, genişləndirilən müəssisələrdə istehsal edilən raketlər mümkün Tayvan əməliyyatının əsas tərkib hissəsini təşkil edə bilər. Ekspertlərə görə, bu silahlar ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgəyə yaxınlaşmasını çətinləşdirmək və Vaşinqtonun Tayvana dəstəyini məhdudlaşdırmaq məqsədi daşıyır.

CNN-in araşdırması həmçinin ABŞ-nin Ukrayna və Yaxın Şərqdə baş verən hərbi əməliyyatlar zamanı öz raket və hava hücumundan müdafiə ehtiyatlarından çox istifadə etdiyini, bu səbəbdən tədarük zəncirində əlavə çətinliklərin yarandığını xatırladır. Pentaqon isə CNN-in nəticələri barədə “kəşfiyyat məsələlərinə dair şərh verilmədiyini” bildirib.

Mütəxəssislərə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Çinin istehsal prosesini daha da sürətləndirib. Peyk görüntüləri göstərir ki, Pekin məhz 2022-ci ildən sonra bir çox obyektlərini ikiqat artırmağa başlayıb.

CNN bildirir ki, araşdırma Çin dövlətinə məxsus aparıcı müdafiə sənayesi şirkətlərinin sənədləri və hökumət bildirişlərinin izinə düşməklə aparılıb. Bir sıra layihələrin gizli kod adlarla qeyd olunmasına baxmayaraq, obyektlərin əsl məqsədini müəyyənləşdirmək mümkün olub.

Məqalədə: #Donald Tramp #Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping) #ABŞ-Tayvan silah tədarükü #Çin və Tayvan münasibətləri #Pekinin Tayvana siyasi təzyiqləri #Peyk görüntüləri #ABŞ və Çin arasında geostrateji rəqabət #ABŞ Çin rəqabəti #Çin Xalq Azadlıq Ordusunun Raket Qüvvələri (PLARF) #Çinin raket arsenalı #Çinin sürətli silahlanması #CNN International telekanalı #Rusiya Ukrayna müharibəsi

Mövzu üzrə digər xəbərlər

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.