Çin Tayvana mümkün amfibi əməliyyat üçün mülki donanmanı hərbiləşdirir
Çinin Tayvanla bağlı hərbi hazırlıqlarının miqyası genişlənir. Pekin mümkün işğal ssenarisi üçün mülki yük və bərə gəmilərini hərbi desant əməliyyatlarını dəstəkləyəcək şəkildə modernləşdirməyə başlayıb.
Çin raket arsenalını genişləndirir
ABŞ-nin CNN International telekanalının peyk görüntüləri, xəritələr və rəsmi sənədlərə əsaslanan xüsusi təhlili göstərib ki, Çin 2020-ci ildən bəri raket istehsalı ilə bağlı müəssisələrində genişmiqyaslı artım həyata keçirib.
Tayvan yüksək həyəcan vəziyyətindədir- Çin təyyarələri və gəmiləri adanın yaxınlığında aşkar edilib
Tayvan Müdafiə Nazirliyi adanın yaxınlığında 21 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisinin müşahidə olunduğunu açıqlayıb. Açıqlamaya görə, təyyarələrin 17-si Tayvan boğazında media xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Bölgəsi (ADIZ)”nin cənub-qərbində uçub. Tayvan ordusu həm təyyarələr, həm də gəmilər üçün müşahidə və cavab tədbirləri həyata keçirib. Çin Tayvanı ərazisinin bir hissəsi hesab edir, lakin ada 1949-cu ildən de-fakto müstəqil olaraq fəaliyyət göstərir və materik Çinlə suverenlik mübahisəsi davam edir.