8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin Tayvana mümkün amfibi əməliyyat üçün mülki donanmanı hərbiləşdirir

Çinin Tayvanla bağlı hərbi hazırlıqlarının miqyası genişlənir. Pekin mümkün işğal ssenarisi üçün mülki yük və bərə gəmilərini hərbi desant əməliyyatlarını dəstəkləyəcək şəkildə modernləşdirməyə başlayıb.

21 Noyabr 2025 18:48
Çin Tayvana mümkün amfibi əməliyyat üçün mülki donanmanı hərbiləşdirir

Bakı,AzerVoice, Orxan Qədirzadə

Çinin Tayvanla bağlı hərbi hazırlıqlarının miqyası genişlənir. AzerVoice xəbər verir ki, Pekin mümkün işğal ssenarisi üçün mülki yük və bərə gəmilərini hərbi desant əməliyyatlarını dəstəkləyəcək şəkildə modernləşdirməyə başlayıb.

Məlumata görə, mülki gəmilərin bu məqsədlə hərbiləşdirilməsi, Çinin ənənəvi amfibi donanmasına əlavə olaraq, quru qoşunlarının və hərbi təchizatın dəniz yolu ilə kütləvi daşınmasını təmin etməyə hesablanıb. Bu mexanizmin əsas hədəfi Tayvan limanlarının fəaliyyətinin pozulduğu və ya məhv edildiyi halda əməliyyatların davamlılığını qorumaqdır.

Mütəxəssislər bu strukturlaşdırılan gəmi parkını “kölgə donanması” kimi xarakterizə edir. Peyk görüntüləri və gəmi izləmə sistemlərindən əldə edilən məlumatlar göstərir ki, Çinə məxsus iri yük gəmiləri bu yay keçirilən təlimlərdə sahilə birbaşa hərbi texnika çıxarışını sınaqdan keçirib, gəmilərə gücləndirilmiş rampalar, möhkəmləndirilmiş göyərtələr və sürətli modifikasiya sistemləri quraşdırılıb, Guangdong sahillərində qeydə alınan görüntülərdə nəqliyyat vasitələrinin dənizdən birbaşa qumlu sahilə endirilməsi müşahidə olunub.

Çin-Tayvan xəttində artan hərbi dinamika region ölkələri arasında narahatlıq doğurur. Yaponiyanın Baş naziri Takaichi son açıqlamasında Çinin Tayvana mümkün hücumunun Tokionun hərbi reaksiyasına səbəb ola biləcəyini bəyan edib.

Tayvan isə öz növbəsində mümkün müdaxiləyə qarşı müdafiə hazırlıqlarını intensivləşdirib və ardıcıl hərbi təlimlər keçirir.

Məqalədə: #Tayvan #Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping) #ABŞ-Tayvan silah tədarükü #Tramp administrasiyası və Tayvan silah satışı #Çin və Tayvan münasibətləri #Pekinin Tayvana siyasi təzyiqləri #ABŞ və Çin münasibətləri #Tramp və Tayvan məsələsi #Tayvan böhranı #Çinin kölgə donanması

Mövzu üzrə digər xəbərlər

İran müharibəsi ABŞ Hərbi Dəniz Qüvvələrini gərginlik altında saxlayır
Digər Dövlətlər

İran müharibəsi ABŞ Hərbi Dəniz Qüvvələrini gərginlik altında saxlayır

16 Avqust 14:00
"Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb, təxminən iki milyon nəfər təxliyə edilib
Digər Dövlətlər

"Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb, təxminən iki milyon nəfər təxliyə edilib

11 İyul 22:45
Pentaqon rəhbəri: ABŞ-də sursat ehtiyatları ilə bağlı narahatlıqlar əsassızdır
Digər Dövlətlər

Pentaqon rəhbəri: ABŞ-də sursat ehtiyatları ilə bağlı narahatlıqlar əsassızdır

15 İyun 18:02
ABŞ - Yaponiya ortaq hərbi təlimi Çin üçün hansı risklər yaradır?
ArabAZ təhlil mərkəzi

ABŞ - Yaponiya ortaq hərbi təlimi Çin üçün hansı risklər yaradır?

24 May 09:30

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.