7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukraynada Rusiyanın hakimiyyətinə yer yoxdur - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Holodomor qurbanlarının anım günü münasibətilə xalqa müraciət edib. Prezident bildirib ki, Ukrayna xalqı hər zaman öz müstəqilliyini qoruyub və bunu davam etdirəcək.

22 Noyabr 2025 19:05
Ukraynada Rusiyanın hakimiyyətinə yer yoxdur - Zelenski

Bakı,AzerVoice, Orxan Qədirzadə

Ukrayna Prezidenti Vladimir Zelenski Holodomor qurbanlarının anım günü münasibətilə xalqa müraciət edib. AzerVoice xəbər verir ki, prezident bildirib ki, Ukrayna xalqı hər zaman öz müstəqilliyini qoruyub və bunu davam etdirəcək.

Zelenski qeyd edib ki, ölkədə bu gün saat 16:00-da Holodomor qurbanlarının xatirəsinə pəncərələrdə şamlar yandırılacaq.

Onun sözlərinə görə, Holodomor milyonlarla insanın həyatına son qoyub və bu faciə Ukraynanın milli yaddaşında mühüm yer tutur.

“Biz bilirik ki, milyonlarla insan aclıqdan öldürüldü. Bu gün də dəyişməyən Rusiya yenidən ölüm və dağıntı gətirir. Biz ölkəmizi müdafiə edirik və edəcəyik, çünki bu bizim evimizdir. Burada Rusiyanın hakimiyyətinə yer olmayacaq,” — Zelenski vurğulayıb.

Qeyd edək ki, 1932–1933-cü illərdə Sovet rəhbərliyinin tətbiq etdiyi kollektivləşdirmə və ərzaq siyasəti nəticəsində Ukraynada kütləvi aclıq baş verib. Ukrayna tərəfinin rəsmi məlumatına görə, Holodomor nəticəsində təxminən 4,5 milyon insan həlak olub.

Holodomor qurbanlarının Anım Günü hər il noyabrın dördüncü şənbə günü qeyd olunur.

Məqalədə: #Vladimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #ABŞ-Ukrayna münasibətləri #Ukraynanın suverenliyi #İosif Stalin #SSRİ #Holodomor qurbanları

Mövzu üzrə digər xəbərlər

NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov
Digər Dövlətlər

NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

25 Avqust 14:49
Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb
Digər Dövlətlər

Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

17 Avqust 20:23
Tarixdə bu gün - 13 İyul
Tarixdə bu gün

Tarixdə bu gün - 13 İyul

13 İyul 00:01
Bu gün amerikalı 11 yaşlı qız SSRİ-yə diplomatik səfər etdi
Tarixdə bu gün

Bu gün amerikalı 11 yaşlı qız SSRİ-yə diplomatik səfər etdi

7 İyul 03:00

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.