4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək

Roma Papası XIV Leon cümə axşamı Türkiyə və Livana səfər edəcək. Səfərin məqsədi xristianlar arasında birliyin təşviqi və Yaxın Şərqdə gərginliklərin artdığı bir vaxtda sülh çağırışlarının gücləndirilməsidir.

24 Noyabr 2025 18:47
Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək

BAKI,AzerVoice, Orxan Qədirzadə

Roma Papası XIV Leon cümə axşamı Türkiyə və Livana səfər edəcək.

AzerVoice xəbər verir ki, səfərin məqsədi xristianlar arasında birliyin təşviqi və Yaxın Şərqdə gərginliklərin artdığı bir vaxtda sülh çağırışlarının gücləndirilməsidir.

May ayında Kilsənin rəhbəri seçilən və sələfinə nisbətən daha sakit və ölçülü açıqlamalar verən ABŞ əsilli papa üçün bu, ilk böyük beynəlxalq sınaq hesab olunur.

Roma papası Türkiyədə xristian inancının əsas mətnlərindən sayılan Nikeya etiqadının qəbul olunduğu Nitseya Şurasının 1700 illiyi münasibətilə keçirilən mərasimdə də iştirak edəcək.

Səfərin İstanbul mərhələsində papa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, həmçinin şənbə günü Mavi Məscidi ziyarət edəcək.

Livan isə səfəri böyük gözlənti ilə izləyir. Çoxkonfessiyalı quruluşu ilə uzun illər “dini birgəyaşayış modeli” kimi tanınan ölkə 2019-cu ildən bəri ardıcıl böhranlarla - iqtisadi çöküş, 2020-ci il Beyrut liman partlayışı və İsraillə son müharibə ilə sarsılıb.

Livanın Müqəddəs Taxt-Tacdakı səfiri Fadi Assaf səfəri “istisna hadisə” adlandıraraq, onun ölkənin siyasi və iqtisadi çıxış yolu axtarışlarına diqqət çəkəcəyini vurğulayıb.

Papanın Beyrutda gənclər ilə görüşəcəyi gözlənilir.

Həmçinin səfər çərçivəsində 100 min nəfərin iştirakı ilə açıq hava ayini, 2020-ci il liman partlayışının baş verdiyi ərazidə dua mərasimi, fərqli dinlərin nümayəndələrinin iştirakı ilə birgə dini dialoq görüşü kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Türkiyə səfəri həm də Vatikanın İslam dünyası ilə dialoqunu gücləndirmək niyyəti ilə əlaqələndirilir.

Səfərin əsas dini hissəsi 325-ci ildə keçirilmiş Nitseya Şurasının yubiley tədbiridir. Tədbirə Fənər Rum Patriarxı I Bartholomey tərəfindən dəvət edilən Papa burada çoxsaylı pravoslav kilsələrinin nümayəndələri ilə birlikdə dua edəcək.

Lakin Rusiya Pravoslav Kilsəsinin rəhbəri Kirill tədbirə dəvət edilməyib. Ukrayna müharibəsi fonunda Moskva ilə İstanbul patriarxlıqları arasında yaranmış gərginlik səbəbilə Rusiya xristianlarının dəvət edilmədiyi ehtimal edilir

Vatikanın Moskvanı qıcıqlandırmamaq və hazırkı kilsələrarası balansı pozmamaq üçün mesajlarında ehtiyatlı davranacağı gözlənilir.

Məqalədə: #Türkiyə #Livan #Beyrut #Kilsə #Yaxın Şərq münaqişəsi #Katolik Kilsəsində papa dəyişikliyi #İstanbul Katolik icması #Katolik Kilsəsi #Yeni Roma Papası #Roma Papası XIV Leon #xristian dünyası #ABŞ əsilli Roma papası #Nikeya etiqadı #Nitseya Şurasının 1700 illiyi #Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan #Papa Ərdoğan görüşü #Müqəddəs Taxt-Tacd #Fadi Assaf #Vatikan və İslam dünyası #Rusiya xristianları #Pravoslav Kilsəsi

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?
ArabLyrics

Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

12:13
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.