Ermənistan kilsəsi torpaq sahələrinə təmənnasız sahib olma hüququndan məhrum edilib
Ermənistanın Nazirlər Kabineti bu gün keçirilən iclasda Ermənistanın Torpaq Məcəlləsinə edilən düzəlişi təsdiqləyib. Belə ki, həmin düzəlişdə Apostol kilsəsinin torpaq sahələrini təmənnasız şəkildə öz mülkiyyətinə keçirmək hüququndan məhrum edilməsi nəzərdə tutulub.
Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək
Roma Papası XIV Leon cümə axşamı Türkiyə və Livana səfər edəcək. Səfərin məqsədi xristianlar arasında birliyin təşviqi və Yaxın Şərqdə gərginliklərin artdığı bir vaxtda sülh çağırışlarının gücləndirilməsidir.
ABŞ-da kilsəyə silahlı hücum edilib
ABŞ-ın Miçiqan ştatında yerləşən kilsədə silahlı hücum baş verib. Hadisə nəticəsində çox sayda insanın yaralandığı bildirilib. Detroit şəhərinin şimal-qərbində yerləşən kiçik yaşayış məntəqəsi olan Grand Blancda kilsəyə silahlı hücum təşkil olunub. Polis Departamenti hücumçunun zərərsizləşdirildiyini açıqlayıb. “Hazırda əhali üçün təhlükə yoxdur, lakin kilsə yanır. İnsanlar ərazidən uzaq durmalıdır.” - deyə məlumatda qeyd edilib.
Roma Papası Qəzzadakı müharibənin dayandırılmasına çağırıb
Roma Papası XIV Leo bazar günü İsrailin Qəzza şəhərində yerləşən Müqəddəs Ailə Katolik kilsəsinə etdiyi hücumdan sonra müharibənin dayandırılmasına çağırıb.
Netanyahu Qəzzadakı kilsədə baş verən insidentə görə Roma Papasına təəssüfünü bildirib
İsrailin Baş naziri Benyamin Netanyahu, Papa XIV Leo ilə telefon danışığı zamanı Qəzzadakı Müqəddəs Ailə Kilsəsində baş verən insidentə görə təəssüfünü bildirib.
Suriyada kilsədə terror aktı törədən şəxslər saxlanılıb
Suriyanın paytaxtdı Dəməşqdə xristian kilsəsində baş verən terror aktına görə məsul olan qrupun üzvləri ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Fransa XİN Suriyadakı terror aktını pisləyib
Fransa, Dəməşqin şərqində yerləşən xristian kilsəsinə qarşı həyata keçirilmiş və azı 15 nəfərin ölümünə səbəb olan terror aktını kəskin şəkildə pisləyib.
Suriyada kilsədə terror aktı baş verib (ƏLAVƏ OLUNUB)
Hücum xristian əhalinin yaşadığı Duvayla məhəlləsində törədilib.