4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib

Somaliland İsrailin hərbi bazalarının öz ərazisində yerləşdirilməsi və Qəzzadan didərgin salınmış fələstinlilərin bölgəyə köçürülməsi ilə bağlı razılaşmanın əldə edilməsi barədə yayılan iddiaları rədd edib.Somaliland bu iddiaları əsassız adlandıraraq bildirib ki, İsraillə təmaslar yalnız diplomatik xarakter daşıyır və beynəlxalq hüquqa tam hörmət çərçivəsində aparılır.

1 Yanvar 2026 20:07
Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib

BAKI,AzerVocie, Orxan Qədirzadə

Somaliland İsrailin hərbi bazalarının öz ərazisində yerləşdirilməsi və Qəzzadan didərgin salınmış fələstinlilərin bölgəyə köçürülməsi ilə bağlı razılaşmanın əldə edilməsi barədə yayılan iddiaları rədd edib. Somaliland bu iddiaları əsassız adlandıraraq bildirib ki, İsraillə təmaslar yalnız diplomatik xarakter daşıyır və beynəlxalq hüquqa tam hörmət çərçivəsində aparılır.

AzerVocie xəbər verir ki, açıqlama Somali Prezidenti Həsən Şeyx Mahmudun “Al Jazeera” telekanalına verdiyi açıqlamaya cavab olaraq səsləndirilib. Somali lideri iddia etmişdi ki, Somaliland İsraildən tanınma müqabilində üç şərti qəbul edib: fələstinlilərin yerləşdirilməsi, Ədən körfəzi sahilində İsrail hərbi bazasının yaradılması və İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim razılaşmalarına qoşulma.

Somaliland bildirib ki, bu mövzular üzrə hər hansı danışıqlar aparılmayıb. Bununla yanaşı, Somaliland İbrahim razılaşmalarına qoşulma məsələsinin açıq şəkildə təsdiqləndiyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın “Newsmax” media qurumuna müsahibəsində Somalilandın İbrahim razılaşmalarına qoşulacağını təsdiqləyərək, İsrailin “demokratik, mülayim və müsəlman ölkəsini dəstəkləmək istədiyini” bəyan edib.

Qeyd edək ki, İsrail ötən həftə Somalilandı müstəqil dövlət kimi tanıyıb. Bu addım Somali ərazisinin bir hissəsi hesab olunan bölgənin 1991-ci ildə birtərəfli müstəqillik elan etməsindən sonra beynəlxalq tanınma istiqamətində ilk rəsmi addım kimi qiymətləndirilir.

Somali tərəfi isə bu qərara kəskin etiraz edib. Prezident Həsən Şeyx Mahmud İsrailin tanınmasını “sadəcə diplomatik jest deyil, yüksək riskli strateji məqsədlərin ört-basdır edilməsi” kimi dəyərləndirib və bunun Qəzza probleminin Afrika Buynuzuna daşınması anlamına gəldiyini bildirib.

Bu addım Somalidə geniş ictimai narazılığa səbəb olub. Dekabrın 30-da paytaxt Moqadişu və bir sıra digər şəhərlərdə minlərlə insan etiraz aksiyalarına çıxıb.

Bundan əlavə, 50-dən çox ölkə İsrailin qərarını pisləyib, Afrika İttifaqı və Avropa İttifaqı isə Somalinin ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

Buna baxmayaraq, Somaliland rəhbəri Yeni il müraciətində yaxın dövrdə daha çox ölkənin “Somaliland Respublikasını” tanıyacağına ümid etdiyini bildirib.

Məqalədə: #Somaliland İsrail üsleri iddialarını reddetti #Somaliland’dan Filistinlilerle ilgili suçlamalara yalanlama #Hargeisa: İsrail ile ilişkiler diplomatik düzeyde #Somaliland askeri anlaşma iddialarını kabul etmiyor #İsrail-Somaliland tanıması bölgede tepki çekti #İsrail-Somaliland münasibətləri regional gərginlik yaradır #Fələstinlilərin köçürülməsi iddiasına Somalilanddan rəsmi cavab #Somaliland: İsraillə əlaqələr yalnız diplomatik xarakter daşıyır #Hargeisa İsraillə hərbi razılaşma xəbərlərini əsassız adlandırır #Somaliland İsrail bazaları və fələstinlilərlə bağlı iddiaları təkzib edib #Somaliland Denies Hosting Israeli Bases #Resettling Palestinians #Somaliland Rejects Claims of Israeli Military Deal #Hargeisa Says Ties with Israel Are Purely Diplomatic #Somaliland Dismisses Allegations on Gaza Palestinians #Israel–Somaliland Recognition Sparks Regional Tensions

Mövzu üzrə digər xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

13:26
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01

Son Xəbərlər

Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.