8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ İrana qarşı “Tomahawk” raketlərindən istifadə imkanını nəzərdən keçirir

ABŞ administrasiyası Yaxın Şərqdəki hərbi imkanlardan istifadə etməklə İrana zərbələr endirilməsi ssenarilərini dəyərləndirir. ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşən Amerika esmineslərindən buraxılan “Tomahawk” tipli qanadlı raketlərin İrana qarşı tətbiqini nəzərdən keçirir. Məlumata əsasən, mümkün əməliyyat çərçivəsində ABŞ-ın regiondakı hərbi bazalarından qalxa bilən döyüş təyyarələri və bombardmançıların da istifadəsi istisna edilmir.

15 Yanvar 2026 22:28
ABŞ İrana qarşı “Tomahawk” raketlərindən istifadə imkanını nəzərdən keçirir

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ administrasiyası Yaxın Şərqdəki hərbi imkanlardan istifadə etməklə İrana zərbələr endirilməsi ssenarilərini dəyərləndirir.

AzerVoice xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşən Amerika esmineslərindən buraxılan “Tomahawk” tipli qanadlı raketlərin İrana qarşı tətbiqini nəzərdən keçirir. Məlumata əsasən, mümkün əməliyyat çərçivəsində ABŞ-ın regiondakı hərbi bazalarından qalxa bilən döyüş təyyarələri və bombardmançıların da istifadəsi istisna edilmir.

Hazırda bölgədə ABŞ-ın aviadaşıyıcı zərbə qrupunun olmamasına baxmayaraq, Vaşinqtonun İrana qarşı hərbi zərbə endirmək üçün kifayət qədər resursu mövcuddur. WSJ-in məlumatına görə, Karib hövzəsində 12 Amerika hərbi gəmisi cəmləşdiyi halda, Yaxın Şərqdə bu rəqəm altıdır.

Bundan əvvəl ABŞ mediası ölkənin Havay adalarındakı Sakit okean bazasına səkkiz ədəd KC-135 Stratotanker yanacaq doldurma təyyarəsinin və bir neçə E-3 Sentry uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarəsinin göndərildiyini yazmışdı. Rəsmi mənbələr bu təyyarələrin ABŞ Hərbi Hava Qüvvələri və Milli Qvardiya üçün real döyüş hazırlığını təmin edən “Sentry Aloha” təlimləri çərçivəsində iştirak etdiyini bildirib.

Verilən məlumatlarda ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi zərbə variantını müzakirə etdiyi, lakin belə bir əməliyyatın qısa müddətli, sərt və uzunmüddətli müharibəyə çevrilməməsi şərtini irəli sürdüyü qeyd olunur. NBC News-un məlumatına görə, Tramp milli təhlükəsizlik komandasına açıq şəkildə bildirib ki, hərbi gücdən istifadə ediləcəyi təqdirdə əməliyyat dərhal nəticə verməlidir.

Məqalədə: #ABŞ İrana qarşı Tomahawk raketlərindən istifadəni nəzərdən keçirir #Vaşinqtonun İrana mümkün hərbi zərbə planları gündəmdədir #Pentaqon İrana qarşı raket və aviazərbə variantlarını dəyərləndirir #ABŞ-ın İrana hücum ssenariləri müzakirə olunur #Tramp İrana qarşı sürətli və sərt əməliyyat istəyir #Yaxın Şərqdə ABŞ-ın hərbi imkanları diqqət mərkəzində #Washington İran’a olası askeri müdahaleyi tartışıyor #ABD İran’a Tomahawk füzeleriyle saldırı seçeneğini değerlendiriyor #Pentagon’dan İran’a yönelik askeri senaryolar #ABD İran’a hava ve füze saldırılarını masada tutuyor #Trump İran’a karşı hızlı operasyon istiyor #Ortadoğu’da ABD’nin askeri planları gündemde

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.