8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail və ABŞ süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başladır

İsrail və ABŞ arasında “Pax Silica” təşəbbüsü çərçivəsində süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başlanıb. İsrail Baş nazirlik ofisinin açıqlamasına görə, əməkdaşlıq süni intellekt, yüksək informasiya infrastruktur, enerji texnologiyaları, kosmik texnologiyalar, yarımkeçirici materiallar və yeni nəsil istehsal texnologiyaları kimi sahələrdə birgə tədqiqat, investisiya və ticariləşdirmə fəaliyyətlərini əhatə edəcək.

17 Yanvar 2026 12:05
İsrail və ABŞ süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başladır

BAKI,AzerVoice, Fərid Mikayılov

İsrail və ABŞ arasında “Pax Silica” təşəbbüsü çərçivəsində süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başlanıb.

AzerVoice xəbər verir ki, İsrail Baş nazirlik ofisinin açıqlamasına görə, əməkdaşlıq süni intellekt, yüksək informasiya infrastruktur, enerji texnologiyaları, kosmik texnologiyalar, yarımkeçirici materiallar və yeni nəsil istehsal texnologiyaları kimi sahələrdə birgə tədqiqat, investisiya və ticariləşdirmə fəaliyyətlərini əhatə edəcək.

Ortaqlığın məqsədi həmçinin həssas texnologiyaların və tədarük zəncirlərinin qorunmasıdır və bununla təhlükəsiz və davamlı investisiya mühiti yaradılması hədəflənir.

Ortaqlığın elan edildiyi tədbir İsrailin işğal altındakı Şərqi Qüdsdə, Silvan bələdiyyəsində keçirilib. Tədbirdə İsrail Xarici İşlər naziri Gideon Saar və ABŞ səfiri Mike Huckabee iştirak edib.

Saar çıxışında İsrailin ABŞ üçün əsas müttəfiq olduğunu vurğulayaraq, əməkdaşlığın həm təhlükəsizliyi, həm də bölgədə sabitliyi gücləndirdiyini bildirib.

ABŞ səfiri Huckabee isə iki ölkə arasındakı əməkdaşlığın kritik minerallara çıxış, tədarük zəncirlərinin dayanıqlılığı, süni intellekt, kvant hesablama və yeni nəsil texnologiyaların inkişafı kimi sahələri əhatə etdiyini qeyd edib.

Qeyd edək ki, “Pax Silica” təşəbbüsü ABŞ tərəfindən 12 dekabrda elan edilmiş və kritik minerallar, enerji və süni intellekt infrastrukturu kimi sahələri əhatə edən “silikon tədarük zənciri” yaratmağı hədəfləyir. Təşəbbüsdə Yaponiya, İsrail, Avstraliya, Sinqapur, Hollandiya, İngiltərə, Cənubi Koreya və BƏƏ də iştirak edir.

Məqalədə: #İsrail #ABŞ #Tel-Əviv #Vaşinqton #ABŞ-İsrail ortaq strategiyası #ABŞ-İsrail texnoloji əməkdaşlığı #Gideon Saar

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.