8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp

ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə ticarət sazişi bağlayacağı təqdirdə, ABŞ-a idxal olunan bütün Kanada məhsullarına 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. Tramp Vaşinqtonun Kanadanın Çin məhsulları üçün ABŞ bazarına alternativ kanal kimi istifadə olunmasına imkan verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, belə bir addım Amerika iqtisadi təhlükəsizliyinə ziddir və qəti qarşısı alınacaq.

24 Yanvar 2026 19:31
Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə ticarət sazişi bağlayacağı təqdirdə, ABŞ-a idxal olunan bütün Kanada məhsullarına 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.

AzerVoice xəbər verir ki, Tramp Vaşinqtonun Kanadanın Çin məhsulları üçün ABŞ bazarına alternativ kanal kimi istifadə olunmasına imkan verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, belə bir addım Amerika iqtisadi təhlükəsizliyinə ziddir və qəti qarşısı alınacaq.

Bu açıqlama Ağ Evin Kanada ilə bağlı ritorikasının sərtləşdiyi bir dövrə təsadüf edir. Son aylarda ticarət və strateji məsələlər fonunda Vaşinqton–Ottava münasibətlərində gərginliyin artdığı bildirilir.

Qərb mediasında daha əvvəl yayılan məlumatlara əsasən, Kanada federal hakimiyyəti ABŞ ilə mümkün hərbi qarşıdurma ssenarisi üzrə nəzəri plan hazırlayıb. Bildirilir ki, bu, son yüz ildən artıq dövrdə ABŞ-a qarşı mümkün konfliktin ilk rəsmi modelləşdirilməsidir.

Məlumatlarda vurğulanır ki, sözügedən plan tamamilə nəzəri xarakter daşıyır və asimmetrik şəraitdə kiçik hərbi və mülki qrupların davranışlarını nəzərdə tutur. Mənbələr Kanadanın genişmiqyaslı hərbi qarşıdurmada ABŞ-a müqavimət göstərə biləcək gücə malik olmadığını və belə ssenaridə əsas mövqeləri sürətlə itirə biləcəyini qeyd ediblər.

Eyni zamanda, ABŞ tərəfindən hərbi hücum ehtimalının son dərəcə aşağı qiymətləndirildiyi, bu cür ssenarilərin isə yalnız ən pis ehtimala hazırlıq məqsədi daşıdığı bildirilir. Kanada rəsmiləri planın detalları ilə bağlı ictimaiyyətə açıqlama verməsələr də, artan gərginlik şəraitində risklərin qiymətləndirilməsinin vacibliyini önə çəkiblər.

Məqalədə: #Tramp Kanadanı 100 faiz rüsumla hədələdi #ABŞ Çinlə sazişə görə Kanadaya sanksiya xəbərdarlığı etdi #Vaşinqton Ottavanın Çinlə yaxınlaşmasına sərt reaksiya verdi #Tramp: Kanada ABŞ bazarına Çin malları ötürə bilməz #ABŞ–Kanada münasibətlərində yeni gərginlik #Trampdan Kanadaya ticarət ultimatumı #Trump Kanada’yı yüzde 100 gümrük vergisiyle tehdit etti #ABD’den Kanada’ya Çin uyarısı #Trump’tan Ottawa’ya sert ticaret mesajı #Kanada–ABD hattında gerilim tırmanıyor #Trump Çin anlaşmasına karşı çıktı #ABD Kanada’ya ağır yaptırım sinyali verdi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.