12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

Fransa uşaqlarını qorumaq üçün radikal addım atdı. Parlamentdə sabaha qədər davam edən marafon iclasda millət vəkilləri sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələrə qarşı "dur" deyib. Fransa Parlamenti bazar ertəsi günü 15 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.

27 Yanvar 2026 13:26
Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Fransa uşaqlarını qorumaq üçün radikal addım atdı. Parlamentdə sabaha qədər davam edən marafon iclasda millət vəkilləri sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələrə qarşı "dur" deyib.

AzerVoice-un məlumatına görə, Fransa Parlamenti bazar ertəsi günü 15 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. 130 deputatın lehinə, cəmi 21 deputatın əleyhinə səs verdiyi bu qərar Prezident Emmanuel Makron tərəfindən uşaqların rəqəmsal asılılıqdan qorunması yolunda "böyük addım" kimi qiymətləndirilib.

Makron rəsmi "X" hesabında qərarı alqışlayaraq, uşaqların və yeniyetmələrin Amerika platformaları və ya Çin alqoritmlərinin oyuncağına çevrilməsinə icazə verməyəcəklərini bildirib.

"Uşaqlarımızın hissləri nə Amerika platformaları, nə də Çin alqoritmləri tərəfindən satıla və ya manipulyasiya edilə bilməz."-deyə o yazıb.

Qadağa nələri əhatə edir?

Yeni qanunvericilik təkcə sosial media platformalarını deyil, həm də orta məktəblərdə mobil telefonların tamamilə yasaqlanmasını nəzərdə tutur. Fransa bu addımı ilə Avstraliyadan (hansı ki, 16 yaş həddi qoyub) sonra dünyada bu cür kəskin tədbir görən ikinci ölkə oldu.

Qanun layihəsi Senat tərəfindən təsdiqlənərsə, 1 sentyabr 2026-cı il tarixindən etibarən tam tətbiq olunacaq. Sosial media nəhənglərinə (TikTok, Snapchat, Instagram və s.) cari ilin dekabrın 31-nə qədər vaxt verilib ki, yaş həddinə uyğun olmayan mövcud hesabları bloklasınlar.

Fransanın Qida, Ətraf Mühit və Sağlamlıq Agentliyinin (ANSES) hesabatına görə, sosial şəbəkələr yeniyetmələrin, xüsusilə də gənc qızların psixi sağlamlığına birbaşa mənfi təsir göstərir. Kiber-bullinq (onlayn təhqir), zorakı məzmunlara məruz qalma və ekran qarşısında həddindən artıq vaxt keçirmə əsas risk faktorları kimi göstərilir.

Qanunun icrası üçün istifadəçilərin yaşını dəqiq müəyyən edən effektiv yoxlama sistemi qurulacaq. Hazırda bu texnologiya Avropa səviyyəsində inkişaf etdirilir və platformalar üçün icbari olacaq.

Məqalədə: #Avropa #Fransa #Çin #Instagram #Emmanuel Makron #Avstraliya #TikTok #Fransa Parlamenti #Amerika #Fransa Senatı #Snapchat və Reddit qadağası #Qida #Ətraf Mühit və Sağlamlıq Agentliyi (ANSES)

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir? -Sultan Paşanın unudulan dərsləri
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir? -Sultan Paşanın unudulan dərsləri
11:23
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.