8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb

ABŞ prezidenti Donald Trampın “dünyada heç kimdə yoxdur” deyə təqdim etdiyi “Discombobulator” adlı gizli silahın işləmə mexanizmi ilə bağlı yeni detallar ortaya çıxıb. Tramp bu texnologiya barədə ilk dəfə New York Post-a verdiyi müsahibədə danışaraq, Venesuelanın keçmiş lideri Nikolas Maduronun saxlanılması zamanı məhz bu silahdan istifadə edildiyini bildirib. Tramp cihazı “sonik silah” kimi xarakterizə edib və onun texniki xüsusiyyətlərinin məxfi saxlanıldığını vurğulayıb.

28 Yanvar 2026 13:08
ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

ABŞ prezidenti Donald Trampın “dünyada heç kimdə yoxdur” deyə təqdim etdiyi “Discombobulator” adlı gizli silahın işləmə mexanizmi ilə bağlı yeni detallar ortaya çıxıb.

AzerVoice xəbər verir ki, Tramp bu texnologiya barədə ilk dəfə New York Post-a verdiyi müsahibədə danışaraq, Venesuelanın keçmiş lideri Nikolas Maduronun saxlanılması zamanı məhz bu silahdan istifadə edildiyini bildirib. Tramp cihazı “sonik silah” kimi xarakterizə edib və onun texniki xüsusiyyətlərinin məxfi saxlanıldığını vurğulayıb.

Prezidentin sözlərinə görə, əməliyyat zamanı Rusiya və Çin istehsalı olan raket sistemləri tamamilə sıradan çıxarılıb. Tramp bunu “düymələrə basıldı, lakin heç nə işləmədi” sözləri ilə ifadə edib.

Mütəxəssislər bildirirlər ki, “Discombobulator” səs dalğalarının həm eşidilən, həm də eşidilməyən formalarından istifadə edən texnologiyalara əsaslanır. Bristol Universitetinin professoru Brüs Drinkuoterin fikrincə, bu cür silahlar yüksək intensivlikli və fokuslanmış səs dalğaları yaradaraq hədəfə ciddi təsir göstərir.

Tarixən səs əsaslı texnologiyalar psixoloji təzyiq məqsədilə tətbiq edilsə də, müasir sistemlər artıq fiziki zərər verə bilir. Mütəxəssislərin sözlərinə görə, “Discombobulator” aktivləşdirildikdə insanda qarın nahiyəsinə güclü zərbə dəyməsi hissi yaradır.

Kent Universitetinin professoru İan Maklaflin bildirir ki, aşağı tezlikli infrasonik dalğalar daxili orqanlarda ciddi pozuntular yarada bilir. Bu təsirlər ürək ritminin pozulması, nəfəs darlığı, əzələ spazmları və hətta daxili qanaxma ilə nəticələnə bilər.

Eyni zamanda yüksək tezlikli ultrasəs dalğaları güclü baş ağrısı, ürəkbulanma və nevroloji pozuntulara səbəb olur. Alimlər qeyd edirlər ki, bu tip dalğaların qarşısını almaq son dərəcə çətindir.

Trampın silahın yalnız insanlara deyil, eyni zamanda raket və elektron sistemlərə təsir göstərdiyini bildirməsi mütəxəssisləri yeni ehtimallara yönəldib. Mançester Universitetinin professoru Tobi Heysin fikrincə, “Discombobulator” səs texnologiyası ilə yanaşı, yüksək güclü elektromaqnit impulsları tətbiq edən hibrid silah ola bilər.

Ekspertlər hesab edirlər ki, bu texnologiya yönəldilmiş enerji silahları kateqoriyasına aid edilə və həm elektron sistemləri, həm də insan orqanizmini sıradan çıxara bilər.

Məqalədə: #ABŞ-ın gizli Discombobulator silahının detalları üzə çıxıb #Trampın kimsədə yoxdur dediyi silah necə işləyir? #Səs və elektromaqnit: ABŞ-ın yeni nəsil gizli silahı #Discombobulator texnologiyası barədə şok iddialar #ABŞ-ın Venesuela əməliyyatında istifadə edilən gizli silah #Yeni silah texnologiyası insan orqanizmini necə sıradan çıxarır? #ABD’nin gizli Discombobulator silahı ortaya çıktı #Trump’ın övdüğü gizli silahın çalışma sistemi #Ses dalgalarıyla çalışan yeni nesil silah #Discombobulator teknolojisi ne kadar tehlikeli? #ABD’nin Maduro operasyonunda kullandığı silah #Hibrit enerji silahları tartışma yaratıyor

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.