4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BTQ Yeni Kaledoniyada baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi

Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhətçi Komissiyası Yeni Kaledoniyada kanak xalqına qarşı zorakı müdaxilələrin sistemli xarakter daşıdığını açıqlayıb. Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhətçi Komissiyası 29 yanvar 2026-cı il tarixində Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyaları ilə bağlı rəsmi hesabat dərc edib. Hesabatda Fransa dövlət orqanlarının kanak əhalisinə qarşı qeyri-mütənasib və əsassız güc tətbiq etdiyi, bu yanaşmanın fundamental insan hüquqları və Fransanın beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid olunub.

30 Yanvar 2026 16:04
BTQ Yeni Kaledoniyada baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

İnsan hüquqları üzrə milli məsləhətçi komissiya (La Commission nationale consultative des droits de l’homme) 29 yanvar 2026-cı il tarixində Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabat dərc etmişdir. Həmin sənəddə Fransa dövlət orqanları tərəfindən Kanak xalqına qarşı tətbiq edilmiş zorakı müdaxilələrin sistemli xarakter daşıdığı, hüquq-mühafizə orqanları tərəfindən qeyri-mütənasib və əsassız güc istifadə edildiyi xüsusi qeyd edilmiş, bu repressiv yanaşmanın fundamental insan hüquqları və beynəlxalq öhdəliklərlə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid edilmişdir.

AzerVoice Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, sözügedən hesabatda Kanakidə dinc aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə məhkəmə orqanlarının və bütövlükdə ədliyyə sisteminin davranışı beynəlxalq insan hüquqları standartları prizmasından sistemli şəkildə təhlil edilmiş, aparılmış qiymətləndirmə nəticəsində hüquq-mühafizə və məhkəmə institutlarının fəaliyyətində ciddi uyğunsuzluqlar aşkar edilmişdir. Bu uyğunsuzluqlar müvafiq dövlət orqanlarının institusional məsuliyyəti, hüquqi prosedurların pozulması və Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icra etməməsi kontekstində əsaslandırılmışdır.

Fundamental hüquqlara dair pozuntularla bağlı rəyin həmməruzəçisi Tartakowsky dövlət institutlarının fəaliyyətində çoxsaylı struktur, hüquqi və əməliyyat xarakterli çatışmamazlıqların sistemli şəkildə üzə çıxdığını bildirmişdir.

Məsələnin yüksək həssaslıq daşıdığını nəzərə alan Komissiyasının sədri, vəkil

Hesabatda qeyd edilir ki, 13 may 2024-cü il tarixindən etibarən arxipelaqda seçici korpusunun zorla dəyişdirilməsinə qarşı etirazlarla əlaqədar zorakılıq hadisələrinin intensivləşdiyi dövrdən başlayaraq təhlükəsizlik qüvvələri tərəfindən kanak əhalisini hədəf alan zorakı repressiv tədbirlər həyata keçirilmişdir.

Komissiya Fransanın məhkəmə sisteminin hadisələrə reaksiyasını da sərt şəkildə tənqid edir və qeyd edir ki, əhalisi təxminən 260 min nəfər olan arxipelaqda 6 minədək polis və jandarmın yerləşdirilməsi fonunda, baş vermiş zorakılıq hadisələri ilə əlaqədar 2 528 nəfər saxlanılmış, 500-dən artıq şəxs barəsində isə məhkəmə icraatı başlanılmışdır. Komissiyanın qiymətləndirməsinə görə, bu repressiv tədbirlər faktiki olaraq yalnız kanak əhalisinə qarşı yönəlmişdir.

Hesabatın digər bölməsində qeyri-qanuni həbs edilmiş kanak məhkumların həbsxanalarda saxlanma şəraitinə yer ayrılmışdır. Həbsxanada qeyri-insani davranış, məhkəmə qərarı olmadan insanların cəzaçəkmə müssisələrinə yerləşdirilməsi nəticəsində həbsxana daxilində etiraz aksiyaları, hətta üsyanlar baş vermişdir. Sözügedən hadisələr zamanı bir məhbusun həyatını itirdiyi qeyd edilir və şahidlərin ifadələrinə görə, həmin şəxsin təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılıq nəticəsində həlak olduğu xüsusilə vurğulanır.

Komissiya qeyd edir ki, materik Fransaya köçürülən məhbuslar hazırda bir sıra ciddi çətinliklərlə üzləşirlər. Belə ki, materik Fransada evlərindən təxminən 17 min kilometr uzaqda saxlanılan şəxslərin qış geyimi və geri dönüş bileti olmadan azad edilməsi, hüquqi təminatların kobud şəkildə pozulması ilə yanaşı, ədalətin mahiyyətinə və legitimliyinə ciddi zərbə vurur.

Hesabatın müəllifləri zorakılıqlardan sonrakı dövrü də təhlil etmişdir. İğtişaşların yaratdığı dağıntılar səbəbindən Kanakidə iqtisadiyyat ciddi şəkildə zərər görmüş, böhrandan sonrakı aylarda bir sıra sosial proqramlar dayandırılmışdır.

Hesabatın yekununda Komissiya bir sıra tövsiyələr irəli sürərək, polis zorakılığı ilə bağlı halların müstəqil və əhatəli şəkildə araşdırılmasının təmin edilməsini və həbsxanalarda saxlanma şəraitinin beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə yaxşılaşdırılmasını müvafiq orqanların diqqətinə çatdırır.

https://www.cncdh.fr/sites/default/files/2026-01/Projet%20avis%20Nouvelle-Calédonie-AP-29.01.2026-vfinale.pdf

Yeni Kaledoniya: iğtişaşların təhlükəsizlik və məhkəmə yolu ilə idarə olunması CNCDH-nin hesabatında tənqid edilib

BTQ Yeni Kaledoniyada baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi
Məqalədə: #CNCDH: Yeni Kaledoniyada kanaklara qarşı zorakılıq sistemli xarakter daşıyır #Fransa Yeni Kaledoniya etirazlarına görə insan hüquqları baxımından tənqid edilib #Kanak etirazları üzrə Fransa təhlükəsizlik qüvvələrinin fəaliyyəti ifşa olunub #Yeni Kaledoniyada məhkəmə və polis davranışı sərt tənqidə məruz qalıb #CNCDH hesabatı: repressiyalar əsasən kanak əhalisinə yönəlib #Fransa Yeni Kaledoniyada beynəlxalq öhdəlikləri pozmaqda ittiham olunur #CNCDH’den Fransa’ya Yeni Kaledonya eleştirisi #Kanak protestolarında polis şiddeti rapora yansıdı #Fransa’nın Yeni Kaledonya politikası insan hakları ihlali olarak değerlendirildi #Yeni Kaledonya’da yargı ve güvenlik güçleri eleştirildi #CNCDH raporu: Baskı önlemleri Kanak halkını hedef aldı #Fransa Yeni Kaledonya’da yükümlülüklerini ihlal etti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.