BTQ Yeni Kaledoniyada baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi
Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhətçi Komissiyası Yeni Kaledoniyada kanak xalqına qarşı zorakı müdaxilələrin sistemli xarakter daşıdığını açıqlayıb. Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhətçi Komissiyası 29 yanvar 2026-cı il tarixində Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyaları ilə bağlı rəsmi hesabat dərc edib. Hesabatda Fransa dövlət orqanlarının kanak əhalisinə qarşı qeyri-mütənasib və əsassız güc tətbiq etdiyi, bu yanaşmanın fundamental insan hüquqları və Fransanın beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid olunub.