5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran ABŞ-la Maskat müzakirələrini dəyərləndirdi, Vaşinqton yeni sanksiyalar elan etdi

İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı danışıqların növbəti raundu Omanın paytaxtı Maskatda başa çatıb və tərəflər prosesin davam etdirilməsi imkanlarını müzakirə edir.Maskatda keçirilən dolayı təmaslardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi görüşləri “yaxşı başlanğıc” kimi qiymətləndirib. Nazir bildirib ki, tərəflər əsas mövzulara daxil olmadan mövqelərini və tələblərini təqdim ediblər, məsləhətləşmələrdən sonra danışıqların davam formatı barədə qərar veriləcək. Onun sözlərinə görə, görüşlər bu xətt üzrə davam edərsə, razılaşdırılmış çərçivəyə nail olmaq mümkündür.

6 Fevral 2026 21:36
İran ABŞ-la Maskat müzakirələrini dəyərləndirdi, Vaşinqton yeni sanksiyalar elan etdi
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı danışıqların növbəti raundu Omanın paytaxtı Maskatda başa çatıb və tərəflər prosesin davam etdirilməsi imkanlarını müzakirə edir.

AzerVoice xəbər verir ki, Maskatda keçirilən dolayı təmaslardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi görüşləri “yaxşı başlanğıc” kimi qiymətləndirib. Nazir bildirib ki, tərəflər əsas mövzulara daxil olmadan mövqelərini və tələblərini təqdim ediblər, məsləhətləşmələrdən sonra danışıqların davam formatı barədə qərar veriləcək. Onun sözlərinə görə, görüşlər bu xətt üzrə davam edərsə, razılaşdırılmış çərçivəyə nail olmaq mümkündür.

Danışıqlar Omanın vasitəçiliyi ilə keçirilib. Təmaslara Oman xarici işlər naziri Bedr bin Hamed əl-Busaidi ev sahibliyi edib. İran nümayəndə heyətinə Əraqçi, ABŞ tərəfinə isə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib. Məlumata görə, Oman tərəfi indiyədək iki tur mesaj mübadiləsinə vasitəçilik edib.

İran dövlət televiziyasının məlumatına əsasən, görüşlər yerli vaxtla səhər saatlarında başlayıb və günün ikinci yarısında başa çatıb, İran heyəti danışıqlardan sonra iqamətgahına qayıdıb. Rəsmi açıqlamada bildirilib ki, diplomatik proses 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana qarşı hücumlarından sonra dayandırılmışdı; regional ölkələrin, o cümlədən Türkiyənin səyləri nəticəsində dialoqun bərpası mümkün olub.

Eyni vaxtda Vaşinqtondan sanksiya qərarı açıqlanıb. ABŞ Maliyyə Nazirliyi İranın neft ticarətinə yönəlmiş yeni məhdudiyyətləri elan edərək 14 quruma və “gizli donanma” kimi xarakterizə olunan 14 gəmi vahidinə sanksiya tətbiq olunduğunu bildirib. Qərar Maskat danışıqlarının başa çatmasından dərhal sonra açıqlanıb.

Tərəflər arasında əsas fikir ayrılıqları uranın zənginləşdirilməsi və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının İrandan çıxarılması məsələləri ətrafında qalır. Tehran sanksiyaların ləğvi qarşılığında nüvə proqramını atom silahının yaradılmasını istisna edən məhdudiyyətlər çərçivəsində saxlamağa hazır olduğunu bildirir. Vaşinqton isə zənginləşdirmənin tam dayandırılmasını və ehtiyatların ölkədən çıxarılmasını tələb edir, həmçinin gündəliyə raket proqramı və regiondakı silahlı qruplara dəstək mövzularını daxil etmək niyyətini gizlətmir. İran tərəfi isə nüvə proqramından kənar mövzuların müzakirəsini qəbul etmədiyini bəyan edir.

Məqalədə: #İran #İran ABŞ-la Maskat danışıqlarını yaxşı başlanğıc adlandırdı #Maskat görüşləri başa çatdı #ABŞ yeni sanksiyalar elan etdi #İran–ABŞ nüvə dialoqunda ilkin mərhələ tamamlandı #Vaşinqtondan Tehran üçün neft sanksiyaları #Oman vasitəçiliyi ilə İran–ABŞ təmasları #İran danışıqların davamına ümidli olduğunu bildirdi #ABD ile Maskat görüşmelerini olumlu değerlendirdi #Maskat müzakereleri sona erdi #ABD yaptırımları açıkladı #İran-ABD nükleer görüşmelerinde ilk aşama tamamlandı #ABD’den İran’ın petrol ticaretine yeni yaptırımlar #Umman arabuluculuğunda İran-ABD temasları #İran görüşmelerin sürdürülmesini istiyor

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.