İran ABŞ-la Maskat müzakirələrini dəyərləndirdi, Vaşinqton yeni sanksiyalar elan etdi
İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı danışıqların növbəti raundu Omanın paytaxtı Maskatda başa çatıb və tərəflər prosesin davam etdirilməsi imkanlarını müzakirə edir.Maskatda keçirilən dolayı təmaslardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi görüşləri “yaxşı başlanğıc” kimi qiymətləndirib. Nazir bildirib ki, tərəflər əsas mövzulara daxil olmadan mövqelərini və tələblərini təqdim ediblər, məsləhətləşmələrdən sonra danışıqların davam formatı barədə qərar veriləcək. Onun sözlərinə görə, görüşlər bu xətt üzrə davam edərsə, razılaşdırılmış çərçivəyə nail olmaq mümkündür.