7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Albaniyada minlərlə etirazçı Rama hökumətinin istefasını tələb edib

Albaniyada müxalifətin çağırışı ilə paytaxt Tiranada keçirilən kütləvi etiraz aksiyasında minlərlə insan Baş nazir Edi Ramanın rəhbərlik etdiyi hökumətin istefasını tələb edib. Aksiya zamanı bəzi etirazçılar Baş nazirlik binasına molotov kokteylləri və hava fişəngləri atıb. Etirazda çıxış edən Albaniyanın sabiq baş naziri və Demokratik Partiyanın sədri Sali Berisha nümayişlərin davam edəcəyini bildirib.

21 Fevral 2026 10:51
Albaniyada minlərlə etirazçı Rama hökumətinin istefasını tələb edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

Albaniyada müxalifətin çağırışı ilə paytaxt Tiranada keçirilən kütləvi etiraz aksiyasında minlərlə insan Baş nazir Edi Ramanın rəhbərlik etdiyi hökumətin istefasını tələb edib.

VOA xəbər verir ki, etiraz aksiyası ölkənin əsas müxalifət qüvvəsi olan Demokratik Partiyanın (PD) təşəbbüsü ilə baş tutub.

Nümayişçilər hökuməti korrupsiyada ittiham edərək Baş nazirliyin binası qarşısında toplaşıb.

Aksiya zamanı bəzi etirazçılar Baş nazirlik binasına molotov kokteylləri və hava fişəngləri atıb. Etirazda çıxış edən Albaniyanın sabiq baş naziri və Demokratik Partiyanın sədri Sali Berisha nümayişlərin davam edəcəyini bildirib.

Berishanın çıxışından sonra etirazçılar parlament binasına doğru yürüş edib. Burada da oxşar insidentlər qeydə alınıb.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və tazyiqli sudan istifadə edib. Yerli mənbələrin məlumatına görə, qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb.

Etirazçılar, həmçinin korrupsiya iddiaları ilə ötən il vəzifədən uzaqlaşdırılıb daha sonra yenidən postuna qaytarılan Baş nazirin müavini və İnfrastruktur və Energetika naziri Belinda Ballukunun da istefasını tələb ediblər.

Aksiya zamanı yüzlərlə polis əməkdaşı əraziyə cəlb olunub, Tirananın bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Məqalədə: #Albaniya #Albaniyanın Baş naziri Edi Rama #Albaniyada hökumət əleyhinə etirazlar #Tiranada siyasi böhran #Edi Rama hökumətinə etiraz #Tiranada polis müdaxiləsi #Albaniyada küçə nümayişləri #Avropada etiraz aksiyaları #Albaniyada korrupsiya ittihamları

Mövzu üzrə digər xəbərlər

Ənvər Xoca dövrü - Albaniya ateist dövlətə necə çevrildi?
Hərb tarixi: Döyüş xronikası

Ənvər Xoca dövrü - Albaniya ateist dövlətə necə çevrildi?

12 İyul 15:42
Albaniya Özbəkistandan olan investorların daha fəal iştirakını alqışlayır - Bayram Beqay
Özbəkistan

Albaniya Özbəkistandan olan investorların daha fəal iştirakını alqışlayır - Bayram Beqay

17 İyun 10:34
Azərbaycan və Albaniya ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər
Siyasət

Azərbaycan və Albaniya ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

18 Aprel 20:19
Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəyik - Albaniyanın Baş naziri
Siyasət

Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəyik - Albaniyanın Baş naziri

5 Mart 22:50

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.