4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Serbiya və İsveç öz vətəndaşlarına İranı dərhal tərk etməyə çağırış edib

Serbiya və İsveç rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramına qarşı hərbi zərbə endirilməsi ehtimalını nəzərdən keçirdiyini bəyan etməsindən sonra öz vətəndaşlarına müraciət edərək bu ölkəni dərhal tərk etməyə çağırıb. Serbiya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarına yaxın gələcəkdə İrana səfər etməməyi və hazırda orada olan şəxslərə mümkün qədər tez ölkədən çıxmağı tövsiyə edib. Oxşar çağırışla çıxış edən İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard da sosial şəbəkə hesabı vasitəsilə İsveç vətəndaşlarını təcili şəkildə İranı tərk etməyə səsləyib.

21 Fevral 2026 18:21
Serbiya və İsveç öz vətəndaşlarına İranı dərhal tərk etməyə çağırış edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Serbiya və İsveç rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramına qarşı hərbi zərbə endirilməsi ehtimalını nəzərdən keçirdiyini bəyan etməsindən sonra öz vətəndaşlarına müraciət edərək bu ölkəni dərhal tərk etməyə çağırıb.

VOA xəbər verir ki, Serbiya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarına yaxın gələcəkdə İrana səfər etməməyi və hazırda orada olan şəxslərə mümkün qədər tez ölkədən çıxmağı tövsiyə edib. Oxşar çağırışla çıxış edən İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard da sosial şəbəkə hesabı vasitəsilə İsveç vətəndaşlarını təcili şəkildə İranı tərk etməyə səsləyib.

Balkan ölkəsi hələ yanvarın ortalarında, İranda kütləvi etiraz aksiyalarına qarşı güc tətbiq edilməsi fonunda öz vətəndaşlarına bənzər xəbərdarlıqlar ünvanlamışdı. Lakin son günlərdə ABŞ-nin bölgədəki hərbi mövcudluğunu artırması gərginliyi pik həddə çatdırıb.

Xatırladaq ki, İran tərəfi cümə günü ABŞ ilə nüvə proqramı üzrə sürətli razılaşmaya ümid etdiyini bildirsə də, Prezident Donald Tramp Yaxın Şərqdə genişmiqyaslı dəniz qüvvələrinin cəmləşdirilməsi barədə əmr verib. Ağ Ev rəhbəri danışıqlar nəticə vermədiyi təqdirdə "məhdud hərbi zərbə" endirmək variantını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. Hazırda bölgədə gərginlik artmaqda davam edir və beynəlxalq aviaşirkətlərin uçuş marşrutlarında dəyişikliklər edə biləcəyi gözlənilir.

Məqalədə: #Serbiya və İsveç vətəndaşlarını İrandan təxliyə edir #Trampın zərbə xəbərdarlığından sonra İranda təşviş: Ölkəni tərk edin! #ABŞ-İran gərginliyi: İki Avropa ölkəsindən təcili çağırış #Serbiya və İsveç XİN: İranı dərhal tərk edin #Serbiya və İsveç XİN: İranı dərhal tərk edinDonald Trampın hərbi zərbə planı: Avropa vətəndaşlarını geri çağırır #Donald Trampın hərbi zərbə planı: Avropa vətəndaşlarını geri çağırır #İran-ABŞ müharibə riski: Serbiya və İsveçdən kritik qərar #Sırbistan ve İsveç'ten İran kararı: Vatandaşlarını geri çağırıyorlar #Trump'ın müdahale sinyali sonrası İran'da tahliye çağrısı #Sırbistan ve İsveç vatandaşlarına İran'ı terk edin dedi #İran'da güvenlik alarmı: Avrupa ülkeleri vatandaşlarını uyarıyor #Trump'ın nükleer tehdidi sonrası Tahran'da gerilim tırmanıyor #Sırbistan ve İsveç Dışişleri Bakanlıklarından İran duyurusu

Mövzu üzrə digər xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

13:26
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01

Son Xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
14:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.