9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vaşinqtondan İsrailə tam dəstək - "Sonuna qədər davam edin"

ABŞ və İran arasında artan gərginlik fonunda Vaşinqton İsrailin hərbi əməliyyatlarına dəstəyini bir daha təsdiqləyib. Məlumata əsasən, Heqset iki ölkənin silahlı qüvvələri arasında mövcud olan “misilsiz əməkdaşlığı” yüksək qiymətləndirib və İsrail tərəfini əməliyyatları davam etdirməyə çağırıb. O, danışıq zamanı “Sonuna qədər davam edin, yanınızdayıq” ifadəsini işlədib.

5 Mart 2026 11:46
Vaşinqtondan İsrailə tam dəstək - "Sonuna qədər davam edin"

BAKI,VOA, Fərid Mikayılov

ABŞ və İran arasında artan gərginlik fonunda Vaşinqton İsrailin hərbi əməliyyatlarına dəstəyini bir daha təsdiqləyib.

VOA xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, ABŞ müdafiə naziri Pit Heqset İsrailin müdafiə naziri İsrael Katz ilə telefon danışığı zamanı İsrail ordusunun həyata keçirdiyi əməliyyatlara tam dəstək ifadə edib.

Məlumata əsasən, Heqset iki ölkənin silahlı qüvvələri arasında mövcud olan “misilsiz əməkdaşlığı” yüksək qiymətləndirib və İsrail tərəfini əməliyyatları davam etdirməyə çağırıb. O, danışıq zamanı “Sonuna qədər davam edin, yanınızdayıq” ifadəsini işlədib.

Eyni zamanda İran tərəfi də münaqişənin uzun müddət davam edə biləcəyi ilə bağlı sərt bəyanatlar səsləndirib.

İranın Hatem əl-Ənbiya Mərkəzi Qərargahının komandir müavini general Kiyumars Heydari bildirib ki, İran öz məqsədlərinə çatana və ABŞ-ə ciddi zərbələr endirənə qədər müharibəni dayandırmayacaq.

Onun sözlərinə görə, qarşıdurma yalnız İranın hədəflərinə nail olması və rəqib tərəfin bu addımlarından peşman olması ilə başa çata bilər.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevral tarixində Tehran ilə Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Buna cavab olaraq İran İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bəzi region ölkələrində müəyyən hədəflərə zərbələr endirib.

Məqalədə: #İsrail #İran #ABŞ #Tel-Əviv #Vaşinqton #İsrael Katz #İsrail və İran gərginliyi #Pit Heqset #İran-ABŞ qarşıdurması

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

20:51

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.