7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Meloni ABŞ və İsrailin İrana hücumlarını nə pislədiyini, nə də dəstəklədiyini bildirib

BAKI,VOA İtaliyanın Baş naziri Ciorgia Meloni ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları nə pisləmək, nə də dəstəkləmək üçün kifayət qədər məlumata malik olmadığını bildirib.

9 Mart 2026 14:56
Meloni ABŞ və İsrailin İrana hücumlarını nə pislədiyini, nə də dəstəklədiyini bildirib

BAKI,VOA

İtaliyanın Baş naziri Ciorgia Meloni ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları nə pisləmək, nə də dəstəkləmək üçün kifayət qədər məlumata malik olmadığını bildirib.

VOA xəbər verir ki, Meloni ABŞ və İsrailin 28 fevralda İrana hücumları ilə başlayan və Tehran rəhbərliyinin cavab tədbirləri gördüyü Yaxın Şərqdəki böhran barədə danışıb.

ABŞ və İsrailin hücumları qarşısında “səssiz qalması” ilə bağlı tənqidlərə cavab verən Meloni belə deyib:

“Tam olaraq səssiz biri olmadığım üçün (hücumları) nə dəstəkləyirəm, nə də pisləyirəm. Çünki qəti mövqe tutmaq üçün lazım olan məlumatlara obyektiv şəkildə sahib deyiləm. Avropada da demək olar ki, heç kim bu məlumatlara malik deyil. Onsuz da İspaniyanın Baş naziri istisna olmaqla, bu təşəbbüsü pisləyən olmadı, eyni şəkildə heç kim də münaqişəyə qoşulmur.”

Meloni qeyd edib ki, ABŞ və İsrail hücumlarının İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunmamasının nəticəsi olduğunu bildirir. O, həmçinin İtaliyanın münaqişəyə qoşulmaq və tərəf olmaq niyyətinin olmadığını bir daha vurğulayıb.

Baş nazir, İtaliyanın müdafiə naziri Guido Crosettonun 5 mart tarixində “ABŞ və İsrail beynəlxalq hüquqdan kənar hərəkət edir” fikrinin soruşulmasına cavab olaraq bu mövqe ilə razılaşdığını bildirib və əlavə edib:“Düşünürəm ki, beynəlxalq hüquq qaydalarının obyektiv şəkildə çökməsi ilə üz-üzəyik.”

Meloni həmçinin Yaxın Şərqdəki böhranın benzin və ərzaq məhsullarında haqsız qiymət artımına səbəb olub-olmadığını izləmək üçün monitorinq mexanizmi yaratdıqlarını bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #İtaliya #Yaxın Şərq #Ciorcia Meloni

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

6 Sentyabr 10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.