7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa monarxiyaları təhlükədə: Epstein şəbəkəsi indi də Norveçi vurdu

Şahzadə Mette-Marit müsahibəsində Epsteinin əsl simasını görmədiyini və onunla heç vaxt tanış olmamağı arzuladığını bildirib: "Onun tərəfindən manipulyasiya edildiyimi qəbul etmək mənim üçün vacibdir. Aramızda dostluqdan başqa heç bir əlaqə olmayıb". Lakin sızan sənədlər şahzadənin hələ 2011-ci ildə milyarderin qaranlıq keçmişindən xəbərdar olduğunu göstərir. Belə ki, o, Epsteinə yazdığı məktubda onun haqqında araşdırma apardığını və tapdıqlarının "yaxşı görünmədiyini" qeyd edərək mesajı gülüş emojisi ilə bitirib.

20 Mart 2026 19:01
Avropa monarxiyaları təhlükədə: Epstein şəbəkəsi indi də Norveçi vurdu

BAKI, VOA, Orxan Qədirzadə

Norveç Vəliəhd Şahzadəsi Mette-Marit, qalmaqallı amerikalı milyarder Jeffrey Epstein ilə keçmişdə yaxın əlaqələrinin olduğunu ilk dəfə rəsmən etiraf edib.

VOA xəbər verir ki, NRK dövlət yayımçısına müsahibə verən şahzadə manipulyasiya edildiyini iddia etsə də, sızan gizli yazışmalar və "Paris zina üçün yaxşı yerdir" ifadəsi kral ailəsinin nüfuzuna ağır zərbə vurub.

Şahzadə Mette-Marit müsahibəsində Epsteinin əsl simasını görmədiyini və onunla heç vaxt tanış olmamağı arzuladığını bildirib: "Onun tərəfindən manipulyasiya edildiyimi qəbul etmək mənim üçün vacibdir. Aramızda dostluqdan başqa heç bir əlaqə olmayıb". Lakin sızan sənədlər şahzadənin hələ 2011-ci ildə milyarderin qaranlıq keçmişindən xəbərdar olduğunu göstərir. Belə ki, o, Epsteinə yazdığı məktubda onun haqqında araşdırma apardığını və tapdıqlarının "yaxşı görünmədiyini" qeyd edərək mesajı gülüş emojisi ilə bitirib.

Ən böyük səs-küyə səbəb olan isə 2012-ci ilə aid yazışmadır. Epsteinin Parisdə özünə həyat yoldaşı axtardığını bildirməsinə şahzadənin verdiyi cavab medianın gündəmini zəbt edib: "Paris zina üçün yaxşı yerdir, skandinaviyalılar həyat yoldaşı olmaq üçün daha uyğundur".

Bu yazışmalardan cəmi bir il sonra, 2013-cü ildə Mette-Maritin Epsteinin Florida ştatındakı malikanəsində 4 gün qonaq qalması "aldadıldım" arqumentini ciddi şübhə altına qoyur. Xatırladaq ki, Epstein hələ 2008-ci ildə seks işçiliyinə cəlb etmə ittihamı ilə məhkum olunmuşdu. Britaniya şahzadəsi Endryunun ardınca Norveç krallığının da bu qaranlıq şəbəkəyə adının qarışması Avropada monarxiya əleyhinə çıxışları yenidən alovlandıra bilər.

Məqalədə: #Bakı #Norveç şahzadəsindən Epstein etirafı: Paris zina üçün yaxşı yerdir #AzerVoice: Kraliyyət ailəsində sarsıntı - Mette-Marit və milyarder sapığın gizli yazışmaları #Şahzadə Mette-Marit və Epstein qalmaqalı: Manipulyasiya #yoxsa şüurlu tərəfdaşlıq? #Norveç sarayında soyuq duş: Sızan e-poçtlar şahzadəni ifşa etdi #Epstein-in qaranlıq fihristindən Norveç şahzadəsi çıxdı: 4 günlük Florida səfəri #Avropa monarxiyaları təhlükədə: Epstein şəbəkəsi indi də Norveçi vurdu

Mövzu üzrə digər xəbərlər

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

21 Avqust 19:45
Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

21 Avqust 10:52

Son Xəbərlər

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.