4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistanda seçki manipulyasiyası - Müsəlmanların siyasi gücü zəiflədilir

Hindistanın Assam ştatında aprelin 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki dairələrinin yenidən müəyyən edilməsi ciddi siyasi qalmaqala və etnik-dini gərginliyə səbəb olub. Bharatiya Janata Partiyasının (BJP) nəzarəti altında həyata keçirilən bu proses müsəlman seçicilərin təsir gücünü minimuma endirmək məqsədi daşıyır.

1 Aprel 2026 23:07
Hindistanda seçki manipulyasiyası - Müsəlmanların siyasi gücü zəiflədilir

BAKI,VOA, Orxan Qədirzadə

Hindistanın Assam ştatında aprelin 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki dairələrinin yenidən müəyyən edilməsi ciddi siyasi qalmaqala və etnik-dini gərginliyə səbəb olub.

VOA xəbər verir, ki hakim Bharatiya Janata Partiyasının (BJP) nəzarəti altında həyata keçirilən bu proses müsəlman seçicilərin təsir gücünü minimuma endirmək məqsədi daşıyır.

Mütəxəssislər Assamda tətbiq edilən modeli "kommunal cerrymenderinq" adlandırırlar ki, bu prosesdə müsəlman seçicilərin cəmləşdiyi ərazilər müxtəlif hindu çoxluqlu dairələr arasında bölüşdürülərək onların vahid səs gücü parçalanıb. Eyni zamanda, bir neçə dairədə qalib gələ biləcək müsəlman anklavları süni şəkildə tək bir dairədə sıxışdırılaraq birləşdirilib ki, bu da digər dairələrdə hinduların mütləq üstünlüyünü təmin edib. Digər bir taktika kimi isə hindu əhalinin çoxluq təşkil etmədiyi məntəqələr bir araya yığılaraq süni hindu çoxluğu yaradılıb. Nəticədə, delimitasiyadan əvvəl ştatın 126 seçki dairəsindən 35-ində müsəlmanlar üstünlük təşkil edirdisə, hazırda bu rəqəmin 20-yə düşdüyü bildirilir.

Xüsusilə Banqladeşlə sərhəddə yerləşən Katigorah dairəsində əvvəllər hindu və müsəlman əhali bərabər bölüşdürülmüşdüsə, yeni sərhədlərlə qonşu dairələrdən 40 000 hindu seçici bura birləşdirilib. Barpeta kimi tarixi müsəlman çoxluqlu dairələr isə sərhədlərin dəyişdirilməsi nəticəsində hindu çoxluqlu dairələrə çevrilib və bəzi hallarda xüsusi kastadan olan hindu namizədlər üçün rezerv edilib.

Ekspertlər qeyd edir ki, Assam ştatı BJP-nin hindu millətçiliyi siyasətinin sınaq laboratoriyasına çevrilib. Müsəlmanlar Assam əhalisinin 34 faizindən çoxunu təşkil etsələr də, bu cür coğrafi manipulyasiyalar onların parlamentdəki təmsilçiliyini əhəmiyyətli dərəcədə zəiflədir. Hakim partiya isə bu iddiaları rədd edərək, prosesin yerli xalqın hüquqlarını qorumaq məqsədi daşıdığını iddia edir. Assamda yaşayan müsəlman fəallar və siyasətçilər isə bu vəziyyəti siyasi səsin batırılması kimi qiymətləndirirlər.

Məqalədə: #Hindistanın Assam ştatında seçki manipulyasiyası: Müsəlmanların siyasi gücü zəiflədilir #Cerrymenderinq qalmaqalı: Assamda müsəlman seçicilər necə hədəf alındı? #Assam seçkiləri 2026: Delimitasiya müsəlman təmsilçiliyini kəskin azaltdı #Hindu millətçiliyi və seçki coğrafiyası: Assamda yeni sərhədlər cızıldı #Müsəlmanların səsini batıran delimitasiya: Hindistandan son xəbərlər #Katigorah və Barpetada seçki dəyişikliyi: Müsəlman namizədlərin şansı qalmayıb

Mövzu üzrə digər xəbərlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

20:43

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.