Hindistanda seçki manipulyasiyası - Müsəlmanların siyasi gücü zəiflədilir
Hindistanın Assam ştatında aprelin 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki dairələrinin yenidən müəyyən edilməsi ciddi siyasi qalmaqala və etnik-dini gərginliyə səbəb olub. Bharatiya Janata Partiyasının (BJP) nəzarəti altında həyata keçirilən bu proses müsəlman seçicilərin təsir gücünü minimuma endirmək məqsədi daşıyır.