9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-da impiçment təşəbbüsü - müharibə naziri müharibə cinayətlərində ittiham olunur

ABŞ Konqresində müdafiə naziri ilə bağlı impiçment təşəbbüsü irəli sürülüb, eyni zamanda Prezidentə qarşı Konstitusiyanın 25-ci düzəlişinin tətbiqi çağırışları səsləndirilib. ABŞ Konqresinin demokrat üzvü Yassamin Ansari ölkənin müdafiə naziri Pete Hegseth barəsində rəsmi ittiham maddələrinin təqdim ediləcəyini açıqlayıb.

7 Aprel 2026 10:05
ABŞ-da impiçment təşəbbüsü - müharibə naziri müharibə cinayətlərində ittiham olunur

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ Konqresində müdafiə naziri ilə bağlı impiçment təşəbbüsü irəli sürülüb, eyni zamanda Prezidentə qarşı Konstitusiyanın 25-ci düzəlişinin tətbiqi çağırışları səsləndirilib.

VOA xəbər verir ki, ABŞ Konqresinin demokrat üzvü Yassamin Ansari ölkənin müdafiə naziri Pete Hegseth barəsində rəsmi ittiham maddələrinin təqdim ediləcəyini açıqlayıb.

Məlumata görə, konqresmen gələn həftə müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması üçün impiçment prosedurunun başlanması ilə bağlı təşəbbüs irəli sürməyi planlaşdırır. O, naziri İran ərazisində həyata keçirilən hərbi əməliyyatlar zamanı “müharibə cinayətləri” törətməkdə və Konqresin konstitusion səlahiyyətlərini aşmaqda ittiham edib.

Trampın siyasəti tənqid edilib

Konqresmen eyni zamanda ABŞ Prezidenti Donald Trump haqqında sərt açıqlamalar verərək bildirib ki, onun son bəyanatları ABŞ-ı və dünyanı yeni və dağıdıcı müharibəyə sürükləyə bilər.

Ansari iddia edib ki, ABŞ rəhbərliyi tərəfindən verilən bəzi göstərişlər nəticəsində mülki infrastruktura zərbələr endirilib və bu addımlar beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilə bilər.

O, respublikaçı konqresmenləri prezidentə təsir göstərməyə və müharibə siyasətinin dayandırılmasını tələb etməyə çağırıb.

Konstitusiyanın 25-ci düzəlişinin tətbiqi çağırışı

Konqres üzvü həmçinin ABŞ rəhbərliyini Prezidentə qarşı ABŞ Konstitusiyasına 25-ci düzəliş mexanizminin tətbiqini nəzərdən keçirməyə çağırıb.

Sözügedən düzəliş prezidentin vəzifəsini icra etmək qabiliyyətini itirdiyi hallarda səlahiyyətlərin vitse-prezidentə ötürülməsi mexanizmini müəyyən edir. Lakin bunun üçün vitse-prezident və Nazirlər Kabinetinin əksəriyyəti prezidentin vəzifəsini icra edə bilmədiyini rəsmi şəkildə elan etməlidir.

ABMüdafiə naziri ilə bağlı ittihamlar

Konqresmen müdafiə nazirinin hərəkətlərinin ABŞ hərbçilərinin həyatını təhlükə altına qoyduğunu deyib və İranın Minab şəhərində yerləşən məktəbin bombalanması da daxil olmaqla mülki obyektlərin hədəfə alındığını bildirib.

Onun sözlərinə görə, bu addımlar müdafiə nazirinin vəzifədən kənarlaşdırılması üçün hüquqi əsas yaradır.

Qeyd edək ki, fevralın sonlarından etibarən İsrail və ABŞ tərəfindən İran ərazisində hərbi əməliyyatların davam etdiyi bildirilir.

Tehran isə buna cavab olaraq İsrail istiqamətində raketlər və pilotsuz uçuş aparatları buraxdığını, həmçinin regiondakı ABŞ hərbi obyektlərini hədəfə aldığını açıqlayıb. Bəzi ərəb ölkələri isə bu hücumların nəticəsində mülki şəxslərin həlak olduğu və infrastrukturun zərər gördüyünü bildiriblər.

ABŞ-da impiçment təşəbbüsü - müharibə naziri müharibə cinayətlərində ittiham olunur
Məqalədə: #ABŞ Konqresi #ABŞ Konstitusiyası #ABŞ Müdafiə Naziri #ABŞ Konqresində müdafiə naziri ilə bağlı impiçment təşəbbüsü #Trampa qarşı Konstitusiyanın 25-ci düzəlişinin tətbiqi çağırışı #İran müharibəsi ilə bağlı ABŞ siyasətində yeni qalmaqal #ABŞ Konqresində müharibə səlahiyyətləri ilə bağlı mübahisə #ABŞ müdafiə nazirinin müharibə cinayətləri iddiaları #Vaşinqtonda İran müharibəsi fonunda siyasi gərginlik #impiçment prosesi

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.