5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Hörmüz blokadası zamanı 109 ticarət gəmisinin marşrutunu dəyişdirdiyini açıqlayıb

ABŞ ordusu Hörmüz boğazı ətrafında tətbiq olunan dəniz məhdudiyyətləri çərçivəsində 100-dən çox ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb. Dünyanın ən mühüm enerji və ticarət marşrutlarından biri hesab olunan Hörmüz boğazında vəziyyət qlobal bazarlarda narahatlıq yaradarkən, mümkün sülh razılaşması ilə bağlı yeni detallar da gündəmə gəlib.

27 May 2026 18:31
ABŞ Hörmüz blokadası zamanı 109 ticarət gəmisinin marşrutunu dəyişdirdiyini açıqlayıb

BAKI,VOA,Yusif Şərifzadə

ABŞ ordusu prezident Donald Trampın Hörmüz boğazı vasitəsilə İran limanlarına daxil olan və çıxan gəmilərə qarşı tətbiq etdiyi blokada çərçivəsində Ərəb dənizində 109 ticarət gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.

VOA xəbər verir ki, məlumatda qeyd olunur ki, Hörmüz boğazı və Oman körfəzini əhatə edən blokada tədbirləri aprelin 13-də başlayıb və bu addım beynəlxalq enerji bazarlarında ciddi təsirlər yaradıb.

Məlumata əsasən, ABŞ hərbi qüvvələri bölgədə nəzarəti davam etdirir. Bu məqsədlə ABŞ-a məxsus bir neçə “Sea Hawk” helikopteri hazırda Ərəb dənizi üzərində patrul uçuşları həyata keçirir.

Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi əsas marşrutlardan biri hesab olunur və burada yaranan hər hansı məhdudiyyət beynəlxalq ticarət və enerji bazarlarına birbaşa təsir göstərə bilər.

Eyni zamanda yayılan məlumatlarda qeyd olunur ki, mümkün sülh razılaşmasının ilkin çərçivəsinə əsasən İran 30 gün ərzində dəniz ticarətini müharibədən əvvəlki səviyyəyə qaytaracaq. Bunun müqabilində ABŞ-ın blokadanı dayandıracağı və hərbi qüvvələrini İran ətrafından geri çəkəcəyi iddia edilir.

Bununla belə, qeyd olunan məlumatlar tərəflər tərəfindən yekun razılaşma kimi təsdiqlənməyib.

Məqalədə: #Regional təhlükəsizlik #Ərəb dənizi #enerji böhranı #Hörmüz boğazı #ABŞ ordusu #ABŞ–İran münasibətləri #Dəniz blokadası #Oman körfəzi #qlobal bazarlar #dəniz ticarəti

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.