6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

FİFA prezidenti ABŞ-də keçiriləcək turnirlə bağlı tənqidlərə cavab verib

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino ABŞ-də keçirilən 2026-cı il futbol üzrə dünya çempionatı ərəfəsində yaranan viza problemləri və bəzi iştirakçıların ölkəyə girişinə icazə verilməməsi ilə bağlı narahatlıqlara cavab verib. Meksikanın paytaxtında keçirilən mətbuat konfransında çıxış edən FIFA rəhbəri bildirib ki, təşkilat əsasən idman qurumu kimi fəaliyyət göstərir və dövlətlərin immiqrasiya siyasətinə müdaxilə etmək səlahiyyətinə malik deyil.

11 İyun 2026 10:04
FİFA prezidenti ABŞ-də keçiriləcək turnirlə bağlı tənqidlərə cavab verib

BAKI,VOA Orxan Qədirzadə

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino ABŞ-də keçirilən 2026-cı il futbol üzrə dünya çempionatı ərəfəsində yaranan viza problemləri və bəzi iştirakçıların ölkəyə girişinə icazə verilməməsi ilə bağlı narahatlıqlara cavab verib.

Meksikanın paytaxtında keçirilən mətbuat konfransında çıxış edən FIFA rəhbəri bildirib ki, təşkilat əsasən idman qurumu kimi fəaliyyət göstərir və dövlətlərin immiqrasiya siyasətinə müdaxilə etmək səlahiyyətinə malik deyil.

İnfantino qeyd edib ki, FIFA bütün hallarda problemlərin həlli üçün çalışır, lakin hökumətlərin və təhlükəsizlik qurumlarının qərarlarını dəyişdirmək imkanına sahib deyil.

Onun sözlərinə görə, təşkilat əlində olan imkanlardan maksimum istifadə edərək həll yolları axtarır, lakin dövlətlərin suveren qərarlarına hörmətlə yanaşmalıdır.

Dünya çempionatına bir neçə gün qalmış ABŞ hakimiyyətinin Somalidən olan hakim Ömər Artanın ölkəyə girişinə icazə verməməsi geniş müzakirələrə səbəb olub. Məlumata görə, hakimin etibarlı vizası olsa da, ABŞ sərhəd xidmətləri onun ölkəyə daxil olmasına icazə verməyib.

Hadisəni “təəssüf doğuran vəziyyət” adlandıran İnfantino ABŞ tərəfinin qərarının səbəbləri barədə ətraflı məlumata malik olmadığını bildirib.

Qərardan sonra FIFA Ömər Artanı dünya çempionatında iştirak edəcək hakimlər siyahısından çıxarıb.

FIFA prezidentinin açıqlamaları ABŞ Prezidenti Donald Trampın dünya çempionatı ilə bağlı son bəyanatlarından sonra səsləndirilib.

Tramp administrasiyasının ölkəyə “doğru insanların” daxil olmasını təmin etmək üçün çalışdığını bildirib.

İnfantino isə bəzi hallarda problemlərin həlli üçün emosional reaksiyalar vermək əvəzinə səbirli davranmağın daha faydalı olduğunu vurğulayıb.

“Bəzən dərhal etiraz etmək və yüksək səslə reaksiya vermək problemin həllini daha da çətinləşdirə bilər”, – deyə FIFA rəhbəri bildirib.

O, həmçinin FIFA-nın ABŞ-ni dünya çempionatının ev sahibi ölkələrindən biri kimi seçdiyinə görə peşman olmadığını da qeyd edib.

İran məsələsi diqqət mərkəzindədir

2026-cı il dünya çempionatı tarixdə ilk dəfə olaraq ev sahibi ölkələrdən birinin müharibə vəziyyətində olduğu dövlətin milli komandasını qəbul etdiyi turnir kimi də yadda qala bilər.

ABŞ və İsrailin İranla bağlı hərbi qarşıdurması fonunda İran millisinin turnirdə iştirakı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Məlumata görə, İran milli komandasının futbolçularına Los-Ancelesdə keçiriləcək ilk oyundan 10 gün əvvəl ABŞ vizaları təqdim olunub.

İran yığması hazırlıq prosesini Meksikada davam etdirir və ABŞ-də keçiriləcək oyunlara qatıldıqdan sonra yenidən Meksikanın Tixuana şəhərinə qayıdacaq.

İnfantino bildirib ki, FIFA bu məsələlərdə passiv mövqe tutmur və iştirakçıların problemlərinin həlli istiqamətində pərdəarxası danışıqlar aparır.

“Biz heç nə etmədən gözləmirik. Arxa planda işləyirik, vəziyyəti anlamağa və həll yolu tapmağa çalışırıq. Bəzi məlumatlar bizə təqdim olunur, bəzi məlumatlar isə verilmir. Buna baxmayaraq, hər zaman müsbət nəticə əldə etməyə çalışırıq”, – deyə o vurğulayıb.

FIFA prezidenti İran millisinin ABŞ-də çıxış etməsinin təmin olunmasını təşkilatın mühüm uğurlarından biri kimi qiymətləndirib.

Tarixin ən böyük dünya çempionatı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir.

Turnir iyunun 11-də start götürəcək və bir aydan artıq davam edəcək. Yarış dünyanın müxtəlif bölgələrindən minlərlə futbolçu, məşqçi, hakim və azarkeşi bir araya gətirəcək.

Lakin yüksək bilet qiymətləri, uzun məsafəli səfərlər, viza prosedurları və geosiyasi gərginliklər turnirin təşkilatçıları üçün əlavə çağırışlar yaratmağa davam edir.

Məqalədə: #FİFA #Kanada #Canni İnfantino #Donald Tramp #2026 dünya çempionatı #beynəlxalq futbol #ABŞ vizası #İran millisi #FIFA rəhbərliyi #futbol mundialı

Mövzu üzrə digər xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.