5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Monakoda partlayış törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşı beynəlxalq axtarışa verilib

Monako hakimiyyəti üç nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşının axtarışını davam etdirir. Məlumata görə, Interpol tərəfindən yayımlanan "Qırmızı Bülleten"də 39 yaşlı Anastasiya Berezovska qəsdən adam öldürməyə cəhd, ictimai yerdə partlayıcı qurğu yerləşdirmək və cinayət məqsədilə əlbir olmaq ittihamları ilə axtarışa verilib.

3 İyul 2026 15:32
Monakoda partlayış törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşı beynəlxalq axtarışa verilib

BAKI,VOA Orxan Qədirzadə

Monako hakimiyyəti üç nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşının axtarışını davam etdirir.

Məlumata görə, Interpol tərəfindən yayımlanan "Qırmızı Bülleten"də 39 yaşlı Anastasiya Berezovska qəsdən adam öldürməyə cəhd, ictimai yerdə partlayıcı qurğu yerləşdirmək və cinayət məqsədilə əlbir olmaq ittihamları ilə axtarışa verilib.

Hadisə Fransanın Nitsa şəhəri yaxınlığında yerləşən və dünyanın ən varlı şəxslərinin yaşadığı təhlükəsiz bölgələrdən biri hesab olunan Monakoda ciddi rezonans doğurub.

İstintaqın məlumatına əsasən, bazar ertəsi axşam saatlarında naməlum şəxs Fransa sərhədinə yaxın yerləşən yaşayış binasının girişində bağlama qoyub. Qısa müddət sonra bina sakini olan üç nəfər – ər-arvad və onların 13 yaşlı övladı girişə daxil olarkən partlayıcı qurğu işə düşüb.

Təhlükəsizlik kameralarının görüntülərində qara balıqçı papağı taxmış şəxs əvvəlcə kişi hesab edilsə də, sonradan şübhəlinin qadın olduğu müəyyən edilib.

Monako Prokurorluğu zərərçəkənlərin kimliyini rəsmi şəkildə açıqlamayıb. Lakin müxtəlif mənbələrin məlumatına görə, hücumun hədəfi Ukrayna əsilli, hazırda Kipr vətəndaşı olan 58 yaşlı iş adamı Vadim Yermolayev, onun həyat yoldaşı və azyaşlı oğlu olub.

Partlayış nəticəsində hər iki böyük ağır xəsarət alıb. Uşaq isə həyati təhlükəsi olmayan vəziyyətdə Nitsa şəhərində yerləşən Lenval Uşaq Xəstəxanasına yerləşdirilib. Yaralı böyüklər Nitsa Universitet Xəstəxanasına çatdırılıb. Son məlumata görə, kişinin vəziyyəti stabilləşsə də, qadının vəziyyəti ağır olaraq qalır.

Interpolun yaydığı fotolarda çiyinlərinə qədər tünd saçlı qadın əks olunub. Bildirilir ki, onun sağ qolunda ehtimal olunan ilan təsvirli döymə var və alman dilində danışa bilir.

Monako Prokurorluğu cümə axşamı axşam saatlarında hücumla bağlı şübhəli şəxsin müəyyən edildiyini təsdiqləsə də, əlavə təfərrüatlar açıqlamayıb.

Qeyd edək ki, Vadim Yermolayev ən azı 2021-ci ildən Monakoda yaşayır. O, 2023-cü ilin dekabr ayından etibarən Rusiyanın ilhaq etdiyi Krımda biznes fəaliyyəti ilə əlaqədar Ukrayna tərəfindən sanksiyalara məruz qalıb.

Məqalədə: #Interpol #Monako hakimiyyəti #üç nəfərin yaralanması ilə nəticələnən partlayış #Monako partlayış #Monakoda sui-qəsd #Ukrayna vətəndaşı #Fransanın Nitsa şəhəri

Mövzu üzrə digər xəbərlər

Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib
Türkiyə

Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

21 Avqust 20:30
Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir
Türkiyə

Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

21 Avqust 16:21
İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi
Türkiyə

İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi

10 İyul 13:39
Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
Hadisə

Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı

29 Aprel 10:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.