6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

Türkiyə Ədliyyə Nazirliyi Qəzzəyə humanitar yardım aparmaq məqsədilə yola çıxan Qlobal Sumud Filo fəallarına qarşı beynəlxalq sularda baş verdiyi bildirilən müdaxilə ilə bağlı məhkəmə prosesi çərçivəsində İsrailin Baş naziri Binyamin Netanyahu və Afek Moskovitch barədə qırmızı bülleten verilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

21 Avqust 2026 16:21
Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

BAKI,VOA

Türkiyə Ədliyyə Nazirliyi Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola çıxan Qlobal Sumud Donanması fəallarına qarşı beynəlxalq sularda baş verdiyi bildirilən müdaxilə ilə bağlı məhkəmə prosesi çərçivəsində İsrailin Baş naziri Binyamin Netanyahu və Afek Moskovitch barədə qırmızı bülleten verilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Daxili İşlər Nazirliyindən alınan sənədlər Türkiyənin Xarici İşlər Nazirliyinə təqdim edilib.

“Global Sumud Flotilla” fəalları saxlanılma zamanı zorakılıq iddiaları irəli sürüblər Bunu da oxuyun “Global Sumud Flotilla” fəalları saxlanılma zamanı zorakılıq iddiaları irəli sürüblər

Məsələ İstanbul 11-ci Ağır Cəza Məhkəməsində 2026/108 saylı iş üzrə aparılan istintaq və məhkəmə prosesinə daxildir. Məhkəmə 14 iyul 2026-cı il tarixli ara qərarı ilə Netanyahu və Moskovitch barədə tutma qərarları çıxarıb. Həmin qərarlardan sonra onların beynəlxalq səviyyədə axtarışa verilməsi məqsədilə qırmızı bülleten prosedurunun başladılması tələb olunub.

İş üzrə ümumilikdə 35 təqsirləndirilən şəxs barəsində məhkəmə araşdırmasının aparıldığı bildirilir. Netanyahu və Moskovitchə insanlığa qarşı cinayət, soyqırım, şəxsi azadlıqdan məhrum etmə, qəsdən xəsarət yetirmə, işgəncə, əmlaka zərər vurma, ağırlaşdırıcı hallarda quldurluq və nəqliyyat vasitələrinin ələ keçirilməsi ilə bağlı cinayət əməlləri aid edilir.

Türkiyə tərəfi bildirir ki, Qlobal Sumud Donanması fəalları Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxıb və onların beynəlxalq sularda saxlanılması ilə bağlı əməllər hüquqi araşdırmanın predmetidir. Türkiyə Xarici İşlər Nazirliyi də daha əvvəl flot iştirakçılarına qarşı müdaxiləni və saxlanılan şəxslərə münasibəti sərt şəkildə pislədiyini açıqlamışdı.

Türkiyə rəsmiləri Netanyahu hökumətinin hüquqi məsuliyyətdən kənarda qala biləcəyi fikrini qəbul etmədiklərini vurğulayırlar. Ankara Qəzzada baş verdən cinayətlərin araşdırılması və məsul şəxslərin hüquq qarşısında cavab verməsi üçün milli və beynəlxalq hüquqi mexanizmlərdən istifadə ediləcəyini bildirir.

Qlobal Sumud Donanması Qəzzaya tətbiq edilən blokadanı yarmaq və bölgəyə humanitar yardım çatdırmaq məqsədi ilə çoxsaylı ölkələrdən fəalların qatıldığı beynəlxalq təşəbbüs kimi fəaliyyət göstərir. Donanma ilə bağlı müdaxilələr beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olub.

Beləliklə, İstanbulda davam edən məhkəmə prosesi yalnız Türkiyə daxilindəki hüquqi prosedurla məhdudlaşmır. Netanyahu və digər təqsirləndirilən şəxslər barədə qırmızı bülleten tələbinin irəli sürülməsi işin beynəlxalq hüquqi müstəvidə də daha geniş müzakirə olunmasına səbəb ola bilər.

Məqalədə: #Fələstin #Türkiyə Ədliyyə Nazirliyi #Interpol #Binyamin Netanyahu #Qəzza blokadası #İnsanlığa qarşı cinayətlər #Beynəlxalq hüquq #Qəzzəyə humanitar yardım #qırmızı bülleten #Akın Gürlek #Qəzzə humanitar yardımı #Fələstin üzrə məhkəmə prosesi #İsrail-Fələstin müharibəsi #soyqırım ittihamı #Netanyahu qırmızı bülleten #Türkiyə Netanyahu barədə qərar #Qlobal Sumud Filo #İstanbul 11-ci Ağır Cəza Məhkəməsi #Netanyahu məhkəmə işi #Afek Moskovitch #Sumud Filo

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

5 Sentyabr 18:07

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.