7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropanın altıncınəsil qırıcı təyyarə layihəsi niyə iflasa uğradı?

Avropanın ən iddialı müdafiə layihələrindən biri hesab edilən Gələcəyin Hava Döyüş Sistemi (FCAS) layihəsi Fransa və Almaniya arasında yaranan fikir ayrılıqları səbəbindən ciddi böhranla üzləşib. Layihə çərçivəsində 6-cı nəsil qırıcı təyyarənin hazırlanması nəzərdə tutulurdu və bu təyyarənin 2040-cı ildən etibarən Fransanın “Rafale” və Avropanın “Eurofighter Typhoon” qırıcılarını əvəz etməsi planlaşdırılırdı.

2 Avqust 2026 15:00
Avropanın altıncınəsil qırıcı təyyarə layihəsi niyə iflasa uğradı?

BAKI,VOA Orxan Qədirzadə

Avropanın ən iddialı müdafiə layihələrindən biri hesab edilən Gələcəyin Hava Döyüş Sistemi (FCAS) layihəsi Fransa və Almaniya arasında yaranan fikir ayrılıqları səbəbindən ciddi böhranla üzləşib.

Layihə çərçivəsində 6-cı nəsil qırıcı təyyarənin hazırlanması nəzərdə tutulurdu və bu təyyarənin 2040-cı ildən etibarən Fransanın “Rafale” və Avropanın “Eurofighter Typhoon” qırıcılarını əvəz etməsi planlaşdırılırdı.

2017-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkel arasında əldə olunan razılaşma əsasında başlayan layihəyə sonradan İspaniya da qoşulmuşdu. Layihənin ümumi dəyərinin ilkin olaraq 100 milyard avro olacağı açıqlansa da, sonradan bu rəqəmin təxminən 170 milyard avroya yüksəldiyi bildirildi.

Layihə yalnız yeni qırıcı təyyarənin yaradılmasını deyil, həm də pilotsuz uçuş aparatları, süni intellekt əsaslı idarəetmə sistemləri, döyüş məlumatlarının paylaşılması üçün bulud infrastrukturu və yeni nəsil sensor texnologiyalarının hazırlanmasını nəzərdə tuturdu.

Lakin layihənin əsas tərəfdaşları olan Fransanın “Dassault Aviation” şirkəti və Almaniya-İspaniyanı təmsil edən “Airbus” arasında texniki və idarəetmə məsələlərində razılıq əldə olunmadı.

“Dassault” şirkəti layihədə aparıcı rolu öz üzərində saxlamaq istəyirdi. Şirkət Fransa tərəfindən hazırlanmış “Mirage” və “Rafale” proqramlarından əldə olunan texnoloji təcrübənin qorunmasının vacib olduğunu bildirirdi. “Airbus” isə maliyyə töhfələrinin bölüşdürülməsinə uyğun olaraq layihədə bərabər qərarvermə hüququ tələb edirdi.

Digər əsas fikir ayrılığı Fransa və Almaniyanın hərbi ehtiyaclarının fərqli olması ilə bağlı idi. Fransa nüvə arsenalına, təyyarədaşıyan gəmilərə və uzaqmənzilli hərbi əməliyyat imkanlarına malik olduğuna görə daha müstəqil fəaliyyət göstərə bilən qırıcı istəyirdi.

Almaniya isə NATO çərçivəsində fəaliyyətə daha çox üstünlük verir və ABŞ sistemləri ilə uyğunlaşan müdafiə platformalarına maraq göstərirdi.

Ekspertlər hesab edirlər ki, layihənin uğursuzluğunun əsas səbəblərindən biri siyasi qərarların sənaye maraqları ilə uzlaşdırılmaması olub.

Fransanın Beynəlxalq və Strateji Məsələlər İnstitutundan (IRIS) Jan-Pyer Molni bildirib ki, layihənin əvvəlindən etibarən 50/50 prinsipinə əsaslanan əmək bölgüsü real vəziyyətə uyğun olmayıb. Onun fikrincə, qırıcı təyyarələrin hazırlanması sahəsində daha böyük təcrübəyə malik olan “Dassault” şirkətinə daha geniş səlahiyyət verilməli idi.

Alman Xarici Əlaqələr Şurasından (DGAP) Emil Arşambo isə hesab edir ki, əsas problem layihəyə siyasi rəhbərliyin kifayət qədər istiqamət verməməsi olub.

“FCAS” layihəsinin dayanması Avropanın müdafiə müstəqilliyi məsələsi ilə bağlı da suallar yaradıb. Ekspertlər bildirirlər ki, Fransa və Almaniya arasında hərbi əməkdaşlığın zəifləməsi Avropanın ABŞ təhlükəsizlik çətirindən asılılığını azaltmaq cəhdlərinə mənfi təsir göstərə bilər.

Layihənin uğursuzluğundan sonra hər iki ölkə alternativ variantları nəzərdən keçirir. Fransa öz milli 6-cı nəsil qırıcısını hazırlamaq imkanlarını qiymətləndirir. Almaniya isə Britaniya, İtaliya və Yaponiyanın rəhbərlik etdiyi alternativ layihəyə qoşulmaq və ya yeni milli proqram yaratmaq variantlarını araşdırır.

Mütəxəssislərin fikrincə, “FCAS” böhranı təkcə bir hərbi layihənin uğursuzluğu deyil, həm də Avropanın strateji əməkdaşlıq imkanlarının sınağıdır.

Məqalədə: #Yeni nəsil döyüş təyyarəsi #Avropanın 6-cı nəsil qırıcı təyyarə layihəsi #FCAS layihəsi niyə dayandı #Fransa Almaniya müdafiə qardaşlığı #Dassault və Airbus mərcləri #Avropanın hərbi müstəqilliyi #Gələcək hava mübadiləsi sistemi #Avropa müdafiə sənayesinin çöküşü #Fransa Rafale esminesi #Almaniyanın hərbi texnologiya layihələri

Mövzu üzrə digər xəbərlər

ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
İran

ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir

14:32
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.