6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Məkkə müdafiə paktı qarşıdurmaya deyil, cavabdehlik hissəsinə söykənir - Pakistanın BMT-dəki səfiri

Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Asim İftixar Əhməd Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış yeni üçtərəfli müdafiə sazişini "son həftələrin ən mühüm hadisələrindən biri" kimi dəyərləndirib. Diplomat bildirib ki, bu sənəd regional təhlükəsizlik əməkdaşlığında tarixi bir mərhələni təşkil edir.

13 Avqust 2026 12:06

Məkkə Birgə Müdafiə Sazişinə hansı ölkələr qatıla bilər – Prezident Ərdoğan açıqladı

Avqustun 7-də Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanan Məkkə Birgə Müdafiə Sazişi 2025-ci ilin sentyabrında Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanan Strateji Qarşılıqlı Müdafiə Razılaşmasının məntiqi davamıdır.

Sazişin şərtlərinə əsasən, üç dövlətdən hər hansı birinə qarşı edilən silahlı hücum NATO-nun əsasını təşkil edən kollektiv müdafiə prinsipində olduğu kimi, hər üç dövlətə edilmiş hücum sayılacaq.

Hər üç ölkənin rəsmiləri bu sazişin müdafiə xarakterli olduğunu və hansısa başqa bir dövləti hədəf almadığını qeyd edirlər.

Məkkə sazişi “İslam NATO-su”nun əsasını qoya bilərmi? Bunu da oxuyun Məkkə sazişi “İslam NATO-su”nun əsasını qoya bilərmi?

"Bu saziş İslam dünyasının üç əsas və aparıcı ölkəsini - Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanını tamamilə aydın bir məqsəd ətrafında birləşdirir. Sənəd müdafiə xarakterlidir və çəkindirici gücə malikdir. Əsas məqsəd regional sülhü, təhlükəsizliyi və inkişafı gücləndirmək, eləcə də bu dəyərləri təşviq etməkdir ", - deyə Əhməd vurğulayıb.

O, üçtərəfli çərçivənin mahiyyətinin Türkiyə və Səudiyyə Ərəbistanı rəhbərlərinin bəyanatlarında, həmçinin Pakistanın Baş nazirinin müavini və xarici işlər nazirinin çıxışlarında aydın əks olunduğunu və sənədin arxasında duran real niyyətin ortada olduğunu bildirib.

"Saziş heç bir üçüncü ölkəyə qarşı yönəlməyib", - deyə qeyd edən Əhməd "Bu addımı son dərəcə müsbət bir yanaşma ilə atıldığını əalvə edib.

Pakt diplomatın mürəkkəb və ziddiyyətli kimi dəyərləndirdiyi regional və geopolitik mühitdə ortaq məsuliyyət hissindən və sabitləşdirici rol oynamaq arzusundan qaynaqlanır.

"Sabitlik, qarşılıqlı inam və etimadın möhkəmləndirilməsi regionun və onun hüdudlarından kənarın dinc, firavan gələcəyi üçün əsas şərtdir.Düşünürəm ki, bu üç ölkəni bir araya gətirən də məhz həmin amildir" - deyə Əhməd bildirib.

Diplomat əlavə edib ki, saziş qapalı bir alyans deyil, potensial olaraq genişlənə bilən açıq və əhatəli bir çərçivə kimi hazırlanıb.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Məkkə #Məkkə Yolu #Asim İftixar Əhməd #Məkkə Birgə Müdafiə Sazişi #Məkkə Müdafiə Zirvəsi #Məkkə Birgə Müdafiə Anlaşması #Məkkə müdafiə sazişi #Pakistan Səudiyyə Ərəbistanı Türkiyə paktı #Makkah Joint Defence Agreement #Məkkə Müdafiə Sazişi NATO modelinə əsaslanır: Birimizə hücum hamımıza hücumdur

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb
Səudiyyə Ərəbistanı

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

31 Avqust 22:12

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.