8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

2024 YR4 asteroidi Ay ilə toqquşa bilər

22 Fevral 2025 16:00
2024 YR4 asteroidi Ay ilə toqquşa  bilər

Bakı, AzerVoice

2032-ci ildə Yerə yaxınlaşacaq 2024 YR4 asteroidi ilə bağlı yeni hesablamalar aparılıb.

AzerVoice xəbər verir ki, NASA alimləri fevralın 7-də asteroidin Yerlə toqquşma ehtimalını 1,2 faizdən 2,3 faizə yüksəltsələr də, Aya çarpma ehtimalının daha da aşağı olduğu bildirilib.

Ölçüsü təxminən 55 metr olan 2024 YR4 asteroidi saatda 48 min kilometr sürətlə hərəkət edir. Bu ölçüdə bir asteroid qlobal fəlakət yaratmasa da, böyük bir şəhəri tamamilə məhv edə bilər. Alimlərin hesablamalarına görə, zərbə zamanı təxminən 8 meqaton enerji açığa çıxacaq ki, bu da Xirosimaya atılan atom bombasının gücündən 500 dəfə çoxdur.

Arizona Universitetinin əməliyyat mühəndisi David Rankinin sözlərinə görə, asteroidin Aya düşmə şansı 0,3 faizdir. O, toqquşma nəticəsində Aydan qopan materialların Yerə düşə biləcəyini, lakin bunun ciddi təhlükə yaratmayacağını bildirib.

Asteroid Aya çırpılarsa, səthdə təxminən 2 kilometr enində kraterin yaranacağı gözlənilir. Alimlərin hesablamalarına əsasən, bu zərbə 340 Xirosima bombasının gücünə bərabər enerji açığa çıxaracaq və Yerdən aydın şəkildə müşahidə edilə biləcək.

London İmperial Kollecinin planet elmləri professoru Gareth Collinsin sözlərinə görə, belə bir toqquşma Yer üçün ciddi təhlükə yaratmayacaq. Aydan qopan materiallar atmosferə daxil olarsa, böyük ehtimalla yanaraq yox olacaq. O, Ayın tarixi boyu çoxsaylı asteroid toqquşmalarına məruz qaldığını və bu hadisənin nadir olmadığını vurğulayıb.

Beynəlxalq alimlər qrupu 2024 YR4 asteroidinin orbitini və ölçüsünü daha dəqiq müəyyən etmək üçün James Webb Kosmik Teleskopundan istifadə edəcək. İndiyə qədər aparılan müşahidələr asteroidin işığını ölçməklə aparılıb, lakin bu üsul qeyri-müəyyən nəticələr verə bilər. JWST isə asteroiddən yayılan istiliyi analiz edərək onun ölçüsü və tərkibi haqqında daha dəqiq məlumat əldə etməyə kömək edəcək.

David Rankin qeyd edib ki, hazırda asteroidin Yerlə toqquşma ehtimalı 97,9 faiz aşağıdır. O, mediada yaranan ajiotajın həqiqi təhlükə ilə mütənasib olmadığını və asteroidin ciddi narahatlıq doğurmadığını vurğulayıb.

Məqalədə: #NASA #astronomik kəşflər #Asteroidin toqquşma ehtimalı #2024 YR4 asteroidi #Ayın səthində krater #Asteroidin orbitinin müəyyən edilməsi

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün - 28 İyul
Tarixdə bu gün

Tarixdə bu gün - 28 İyul

28 İyul 00:01
Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu
Tarixdə bu gün

Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

17 İyul 03:13
NASA-dan yeni strateji addım - "DAPHNE" missiyası rəsmən təsdiqləndi
Digər Xəbərlər

NASA-dan yeni strateji addım - "DAPHNE" missiyası rəsmən təsdiqləndi

28 İyun 08:00
ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin
ArabAZ təhlil mərkəzi

ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

16 İyun 09:00

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.