7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

44 saat davam edən birgə missiya ərzində amerikalı astronavtlar və sovet kosmonavtları müxtəlif elmi təcrübələr aparıb

17 İyul 2026 03:13
Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

BAKI, VOA

1975-ci il iyulun 17-də ABŞ-ın Apollo 18 və Sovet İttifaqının Soyuz 19 kosmik gəmiləri orbitdə ilk dəfə bir-biri ilə birləşərək (dok edərək) Soyuq müharibə dövrünün iki rəqibi arasında kosmosda tarixi əməkdaşlığa imza atıblar.

ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) kosmosda xilasetmə imkanlarını inkişaf etdirmək məqsədi daşıyan Apollo-Soyuz Sınaq Layihəsi çərçivəsində həyata keçirilən missiya zamanı iki kosmik gəmi uğurla görüşərək birləşdirilib.

Birləşmədən sonra lyuk açılıb və ABŞ missiyasının komandiri Tomas P. Stafford ilə sovet kosmonavtı Aleksey Leonov əl sıxaraq hədiyyələr mübadilə ediblər. Bu hadisə ABŞ və SSRİ arasında kosmosda baş tutan ilk rəsmi görüş kimi tarixə düşüb.

Yer üzündə isə həmin dövrün BMT-nin Baş katibi Kurt Valdxaym Apollo-Soyuz missiyasını yüksək qiymətləndirərək iki supergücün əməkdaşlıq və sülh ruhunda həyata keçirdiyi bu təşəbbüsü alqışlayıb.

44 saat davam edən birgə missiya ərzində amerikalı astronavtlar və sovet kosmonavtları müxtəlif elmi təcrübələr aparıb, birlikdə yemək yeyib və ortaq mətbuat konfransı keçiriblər.

Apollo-Soyuz missiyası ABŞ-ın Aya son enişindən təxminən üç il sonra həyata keçirilib və NASA-nın Apollo proqramı çərçivəsində reallaşdırdığı son uçuş olub.

NASA qeyd edir ki, ilk Ay missiyalarında istifadə edilən "Biz bütün bəşəriyyət naminə sülhlə gəldik" mesajı ilə tanınan Apollo proqramının beynəlxalq əməkdaşlıq və sülh simvoluna çevrilən bu missiya ilə başa çatması proqramın tarixi baxımdan simvolik sonluğu hesab olunur.

Məqalədə: #NASA #Soyuq Müharibə #Apollo-Soyuz missiyası #Apollo 18 #Soyuz 19 #Sovet kosmonavtı Aleksey Leonov #astronavt Tomas P. Stafford #kosmosda əməkdaşlıq #orbitdə dok

Mövzu üzrə digər xəbərlər

CIA - ABŞ-ın görünməyən gücü – dünyanı pərdə arxasından izləyən kəşfiyyat şəbəkəsi
Hərb tarixi: Döyüş xronikası

CIA - ABŞ-ın görünməyən gücü – dünyanı pərdə arxasından izləyən kəşfiyyat şəbəkəsi

28 Avqust 06:00
Nikson və Kissincerin günahı - Amerika taxtını təhdid edən nəhəng qüvvəni necə azad etdi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Nikson və Kissincerin günahı - Amerika taxtını təhdid edən nəhəng qüvvəni necə azad etdi?

26 Avqust 06:00
Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?
Hərb tarixi: Döyüş xronikası

Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

25 Avqust 09:00
Bu gün Berlin bölündü
Tarixdə bu gün

Bu gün Berlin bölündü

13 Avqust 03:00

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.