7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Fələstinli ailəni yandıraraq öldürən qatil təkadamlıq kameradan çıxarılır

3 Sentyabr 2024 16:23
Fələstinli ailəni yandıraraq öldürən qatil təkadamlıq kameradan çıxarılır

Bakı, AzerVoice

2015-ci ildə İordan çayının qərb sahilində fələstinli Devabişe ailəsindən bir körpə də daxil olmaqla üç nəfəri yandıraraq öldürən fanatik israilli Amiram Ben-Uliel "humanitar səbəblərdən" dolayı təkadamlıq kameradan çıxarılacağı bildirilib.

AzerVoice xəbər verir ki, İsrail mətbuatına görə, fələstinli Devabişe ailəsinin üzvlərini yandıraraq öldürməkdə təqsirli bilinən Ben-Ulielin təkadamlıq kameradan azad edilməsinə qərar verildiyi bildirilib.

Xəbərdə İsrailin işğalı altındakı İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığındakı Duma qəsəbəsində yaşayan bir ailənin evini yandıraraq biri 18 aylıq körpə olmaqla 3 fələstinlini qətlə yetirən Ben-Urielin, "humanitar səbəblərə görə" təkadamlıq kameradan azad edilərək "dindar yəhudilər" üçün ayrılmış bölməyə köçürüləcəyi bildirilib.

Xəbərdə həmçinin qeyd olunub ki, Ben-Uriel haqqındaki bu qərar İsrailin daxili kəşfiyyat təşkilat idarəsi Şin-Bet və bəzi sionist ravvinlərin birgə səylərinin nəticəsidir.

Qeyd edək ki, İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığındakı Duma qəsəbəsində yerləşən Devabişe ailəsinin evi 2015-ci il iyulun 31-də səhər saatlarında Fələstin torpaqlarını qəsb edən fanatik israillilər tərəfindən yandırılmışdı.

Hadisədə ailənin 18 aylıq körpəsi Əli Devabişə və valideynləri həyatını itirmişdi. Devabişe ailəsindən yalnız dörd yaşlı Əhməd sağ qalmışdı.

Fələstinlilərin torpaqlarını qəsb edən fanatik israilli Amiram Ben Uriel 2020-ci ildə yekunlaşan məhkəmə işində üç qətlə görə üç ömürlük, adam öldürməyə cəhdə görə 17 il və yandırma cinayətinə görə 10 il həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, məhkəmədəki hakimlər yekdilliklə Ben Urielin "ifadəsinin işgəncə altında alındığı" iddiasını rədd etmişdilər.

Onu da əlavə edək ki, Ben Urielin müdafiəçilərindən biri olan İtamar Ben-Qvir İsrail siyasətində hakim tərəfdaş olan Yəhudi Gücü Partiyasının lideridir və eyni zamanda İsraildə hüquq-mühafizə orqanlarına cavabdeh olan Milli Təhlükəsizlik Naziridir.

Fələstinli ailəni yandıraraq öldürən qatil təkadamlıq kameradan çıxarılır Fələstinli ailəni yandıraraq öldürən qatil təkadamlıq kameradan çıxarılır
Məqalədə: #İsrail #Fələstin #Amiram Ben-Uliel

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

19:31

Son Xəbərlər

Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.