10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Yeni batareya texnologiyası Tesla və BYD-ni kölgədə qoyur

23 Aprel 2025 11:12
Yeni batareya texnologiyası Tesla və BYD-ni kölgədə qoyur

BAKI, AzerVoice

Tesla və BYD-yə rəqib olaraq, CATL-in 5 dəqiqəyə 500 km məsafə qət edən yeni “Shenxing” akkumulyatoru təqdim olunub.

AzerVoice xəbər verir ki, dünyanın ən böyük elektrik avtomobil akkumulyatoru istehsalçısı olan Çin şirkəti CATL, yeni nəsil “Shenxing” adlı super şarj texnologiyasını təqdim edib.

Şirkət bildirir ki, bu akkumulyator cəmi 5 dəqiqəlik şarjla 500 kilometrə qədər məsafə qət etmək gücünə malikdir.

Yeni texnologiya Tesla və BYD kimi nəhəng rəqiblərlə rəqabəti daha da artırır. Müqayisə üçün, Tesla-nın Supercharger sistemi eyni məsafəni 15 dəqiqəyə təmin edə bilir, BYD isə 5 dəqiqədə 400 km-ə yaxın məsafə vəd edir.

CATL-in Texnologiya Direktoru Qao Huan “Texnologiya Günü” tədbirində çıxışı zamanı qeyd edib ki, məqsəd “Shenxing” batareyasını elektrikli avtomobillər üçün yeni standart səviyyəsinə gətirməkdir. Tam şarjla 800 kilometr məsafə təmin edən bu batareya -10°C kimi aşağı temperaturda belə 15 dəqiqədə 80%-lik şarj səviyyəsinə çata bilir.

Qeyd edək ki, şirkət tədbir zamanı litium və qurğuşun-turşu batareyalarına alternativ kimi təqdim edilən “Naxtra” adlı yeni nəsil natrium-ion texnologiyasını da elan edib. Təhlükəsizliyi və aşağı istehsal xərcləri ilə seçilən bu batareyanın da diapazonu 500 kilometrdir və ilin sonuna qədər kütləvi istehsalına başlanacağı gözlənilir.

CATL hal-hazırda Tesla, BMW, Volkswagen və Ford kimi nəhənglərə akkumulyator təchizatı ilə məşğuldur və 2024-cü ildə 38%-lik bazar payı ilə sektorda liderliyini qoruyub. Onun ən yaxın rəqibi BYD isə 17,2%-lik payla ikinci yerdədir.

ABŞ-ın keçmiş administrasiyası dövründə tətbiq edilən tariflərin isə CATL-in fəaliyyətinə məhdud təsir göstərdiyi bildirilib. Şirkət, ABŞ bazarına alternativ yanaşmalar üzərində işlədiyini və müştərilərlə dialoqda olduğunu açıqlayıb.

Məqalədə: #Çin #elektrik avtomobili #Tesla #BYD #CATL #Tesla rəqibi #BYD alternativi #Shenxing batareya texnologiyası #elektrik avtomobil batareyas

Mövzu üzrə digər xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20

Son Xəbərlər

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
19:35
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
19:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.