7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Erkən Yaşda Xərçəng Diaqnozları Artır

17 May 2025 13:00
Erkən Yaşda Xərçəng Diaqnozları Artır

BAKI, AzerVoice

Yeni tədqiqat, 2010–2019-cu illər arasında 15-49 yaş arası insanlarda bəzi xərçəng növlərinin artdığını üzə çıxarıb. Ümumilikdə 2 milyondan çox erkən yaşda xərçəng diaqnozu qoyulmuş hadisə analiz olunub.

Tədqiqat nəticələrinə görə, süd vəzisi (məmə), yoğun bağırsaq (kolorektal), böyrək və uşaqlıq (uterus) xərçəngi bu dövrdə əhəmiyyətli artım göstərib. 2019-cu ildə yalnız məmə xərçəngi üzrə 4800 əlavə hal, kolorektal xərçəng üzrə 2000-dən çox əlavə hal, böyrəkdə 1800, uterusda isə 1200 əlavə hal qeydə alınıb.

Mütəxəssislər bildirir ki, erkən diaqnostika imkanlarının artması və skrininq proqramlarının genişlənməsi də statistik artıma təsir göstərmiş ola bilər. Xərçəng hallarının 63 faizi qadınlarda aşkarlanıb.

Araşdırmanın müəlliflərindən biri, ABŞ Milli Xərçəng İnstitutunun əməkdaşı Meredit Şiels bildirib ki, artımın səbəbləri arasında piylənmə və həyat tərzi ilə bağlı dəyişikliklər əsas ehtimallardandır. Eyni zamanda qadınların ilk doğuş yaşının gecikməsi də süd vəzi xərçənginin artmasına təsir edən amil kimi göstərilib.

Müsbət tendensiya ondan ibarətdir ki, erkən yaşda xərçəngə yoluxma artsa da, ölüm göstəricilərində ciddi dəyişiklik qeydə alınmayıb. İstisnalar arasında kolorektal, testis və uterus xərçəngi var.

Digər tərəfdən, bəzi xərçəng növlərində isə azalma müşahidə olunur. Ağciyər və prostat xərçəngləri bu qəbildəndir. Bu isə əsasən siqaret çəkənlərin sayının azalması və PSA testlərinin gənc yaşda daha az istifadə olunması ilə izah edilir.

Məqalədə: #Xərçəng xəstəliyi #Elmi araşdırma #elmi tədqiqat #Bunu bilirsinizmi? #Xərçəng riski #xərçəngin erkən aşkarlanması #Xərçəngin müalicəsində inqilabi dönüş nöqtəsi

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.