7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Günəş partlayışı Yerdə radio əlaqələrini qısamüddətli pozub

17 May 2025 14:30
Günəş partlayışı Yerdə radio əlaqələrini qısamüddətli pozub

BAKI, AzerVoice

Günəşdən ilin ən güclü partlayışı- X2,7 maqnitudalı Günəş parlaması radiasiya kəsintilərinə səbəb olub.

AzerVoice xəbər verir ki, 2025-ci il mayın 14-də səhər saatlarında Günəşin şərq hissəsində X2.7 sinifli güclü günəş parlaması qeydə alınıb.

Bu, 2025-ci ilin indiyədək müşahidə olunan ən intensiv partlayışıdır. Partlayış nəticəsində Yer kürəsinin gündüz üzündə qısa müddətli radio rabitə kəsintiləri müşahidə olunub.

Hadisəyə dair açıqlama verən ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) bildirib ki, partlayışdan sonra Yerə əlavə təsir gözlənilmir.

Mütəxəssislər bu hadisəni Günəşin 11 illik aktivlik dövrünün ən yüksək fazasına daxil olması ilə əlaqələndirirlər. Həmin gün ərzində dörd M sinifli (orta güclü) partlayış da baş verib.

Elm adamları qeyd edirlər ki, bu cür partlayışlar Günəşdəki maqnit sahəsinin qeyri-stabilliyi — yəni maqnit xətlərinin qəfil qırılması və yenidən birləşməsi nəticəsində yaranır. Yüklü hissəciklərin Yer atmosferinə daxil olması bəzi hallarda şimal işıqları kimi optik hadisələrə səbəb ola bilər, lakin infrastruktur üçün ciddi risk adətən müşahidə olunmur.

Qeyd edək ki, alimlər hazırda Günəşdə müşahidə edilən AR 4087 adlı aktiv günəş ləkəsi bölgəsinin Yerə doğru istiqamətlənməkdə olduğunu və yaxın günlərdə yeni partlayışların da baş verə biləcəyini ehtimal edirlər.

Məqalədə: #Günəş partlayışı #ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) #Günəş #2025 Günəş partlaması #Günəş fırtınası xəbərdarlığı #Kosmik hava hadisələri 2025 #radiasiyası və rabitə problemləri #Günəş partlaması Yerə təsiri

Mövzu üzrə digər xəbərlər

Günəşdə güclü partlayış qeydə alınıb
Digər Xəbərlər

Günəşdə güclü partlayış qeydə alınıb

10 Noyabr 2025 16:18
Günəşdə güclü partlayış qeydə alınıb
Gündəm

Günəşdə güclü partlayış qeydə alınıb

7 Sentyabr 2025 11:25
Günəşdə güclü alışma baş verib
Digər Xəbərlər

Günəşdə güclü alışma baş verib

28 Avqust 2025 20:01
Günəşdə güclü partlayış qeydə alınıb
Digər Xəbərlər

Günəşdə güclü partlayış qeydə alınıb

24 Avqust 2025 15:03

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.