7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Meşə yanğınları dünya üzrə rekord itkilərə səbəb olub

24 May 2025 16:00
Meşə yanğınları dünya üzrə rekord itkilərə səbəb olub

BAKI, AzerVoice

2024-cü ildə dünya yanğınlar səbəbindən İtaliya qədər meşə ərazisini itirib.

AzerVoice xəbər verir ki, qlobal istiləşmənin təsiri ilə meşə yanğınları 2024-cü ildə dünya üzrə rekord səviyyədə meşə itkisinə səbəb olub. A

ABŞ-ın Merilend Universitetinin və Global Forest Watch-un birgə hesabatına görə, ötən il dünya miqyasında İtaliya ölçüsündə meşə sahəsi yoxa çıxıb.

Braziliyadan Sibirə qədər geniş coğrafiyada kənd təsərrüfatı, mədənçilik və qanunsuz ağac kəsmə ilə yanaşı, getdikcə artan yanğınlar əsas dağıdıcı amilə çevrilib. Professor Mett Hansen təqdim olunan məlumatları "qorxulu", Global Forest Watch-un həmdirektoru Elizabeth Goldman isə “son 20 ilin ən pis mənzərəsi” adlandırıb.

Ən yüksək karbon tutumuna və biomüxtəlifliyə sahib olan tropik meşələrdə ilk dəfə olaraq yanğınlar əsas məhvetmə səbəbinə çevrilib. Bu bölgələrdə yanğınlar təbii dövrün bir hissəsi olmadığı üçün nəticələr daha ağır olur. Tropiklərdə baş verən itkilərin 42%-i yalnız Braziliyanın payına düşüb. Ölkədə 25 min kvadrat kilometrdən çox Amazon yağış meşəsi yanğınlar və quraqlıq səbəbilə məhv olub.

Boliviya isə ikinci yerdə qərarlaşıb. Soya, şəkər qamışı və mal-qara təsərrüfatının genişlənməsi nəticəsində meşə itkisi 2020-ci illə müqayisədə beş dəfə artıb. Keçən il ölkədə 14 min kvadrat kilometrə yaxın meşə sahəsi məhv edilib. Konqo Demokratik Respublikası və Konqo Respublikasında da tarixdə ən yüksək meşə itkisi qeydə alınıb.

Qeyd edək ki, 2021-ci ildə keçirilən COP26 İqlim Sammitində 140-dan çox ölkə 2030-cu ilə qədər meşə qırılmasını tamamilə dayandırmağı öhdəsinə götürmüşdü. Lakin mövcud göstəricilər bu məqsədə çatmaq üçün 2024-cü ildən etibarən hər il meşə itkisinin ən azı 20% azalmasını tələb edir.

Professor Hansen bildirib ki, “dünyada temperaturun artması meşələri daha quru və yanğına meylli edir. İnsan fəaliyyəti ilə yaranan qığılcımlar artıq ən sıx yağış meşələrini belə nəzarətdən çıxara bilir.”

Elizabeth Goldman bu vəziyyəti “qlobal qırmızı xəbərdarlıq” kimi qiymətləndirərək ölkələri, şirkətləri və fərdləri dərhal tədbir görməyə çağırıb.

Mənfi mənzərəyə baxmayaraq, hesabatda bəzi müsbət hallar da qeyd olunub. İndoneziya və Malayziyada ilkin meşə itkisi əvvəlki illərlə müqayisədə aşağı səviyyədə qalıb. Malayziya ilk dəfə ən çox meşə itkisi olan 10 ölkə sırasından çıxıb.

“Əgər bu tendensiya davam edərsə, təbiət mənzərəsi kökündən dəyişə və bu, böyük miqdarda karbon emissiyası ilə iqlim böhranını daha da dərinləşdirə bilər.” - deyə Merilend Universitetindən professor Peter Potaov xəbərdarlıq edib.

Məqalədə: #İtaliya #yanğın #istiləşmə #qlobal istilik #2024 dünya meşə yanğınları #meşə itkisi 2024 #Meşə qırılması və iqlim dəyişikliyi #Tropik meşələrdə ekoloji fəlakət

Mövzu üzrə digər xəbərlər

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb
Yaxın Şərq

Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

29 Avqust 20:48
İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir
Livan

İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

29 Avqust 18:08

Son Xəbərlər

Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.