4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Volvo üç min nəfəri işdən çıxarır

31 May 2025 12:25
Volvo üç min nəfəri işdən çıxarır

BAKI, AzerVoice

İsveçin məşhur avtomobil istehsalçısı Volvo Cars qlobal iqtisadi qeyri-müəyyənlik və avtomobil sektorunda artan maliyyə təzyiqləri fonunda 3 min nəfəri işdən çıxaracağını açıqlayıb.

AzerVoice xəbər verir ki, şirkətin verdiyi rəsmi məlumata görə, ixtisarların əsas hissəsi İsveçdəki ofis əsaslı və məsləhətçi mövqeləri əhatə edəcək.

Volvo Cars-ın rəhbəri və baş icraçı direktoru Hakan Samuelsson bildirib ki, bu addım asan qərar olmasa da, şirkətin uzunmüddətli dözümlülüyünü təmin etmək üçün zəruridir.

“Avtomobil sektoru çətin dövr keçirir. Bu çətinlikləri aşmaq üçün xərclərimizi struktur şəkildə azaltmalı və nağd pul axınımızı yaxşılaşdırmalıyıq”- deyə o bildirib.

İşdən çıxarılan 3 min nəfərdən təxminən 1200 nəfər İsveçdəki əməkdaşlardır. Bundan əlavə, hazırda məsləhətçilərin çalışdığı 1000 mövqe də ləğv ediləcək. Qalan ixtisarlar isə digər ölkələrdə həyata keçiriləcək.

Çinin Geely şirkətinə məxsus olan Volvo hazırda 42 600 nəfərlik qlobal heyətə malikdir. Şirkət avtomobillərini əsasən İsveçin Göteborq şəhərində, eləcə də Belçika, Cənubi Karolina (ABŞ) və Çində istehsal edir.

Volvo 2021-ci ildə 2030-cu ilə qədər bütün avtomobillərinin elektrikli olacağını bəyan etsə də, keçən il bu hədəfdən geri çəkildi. Şirkət bu qərarı çətin bazar şəraiti, Aİ və ABŞ tərəfindən tətbiq olunan yüksək gömrük tarifləri, müştəri tələbatının azalması, şarj infrastrukturu çatışmazlığı və dövlət dəstəklərinin azalması ilə əsaslandırıb.

Volvo Cars ixtisarlara gedən ən son avtomobil istehsalçısıdır. Bu ayın əvvəlində Nissan da qlobal miqyasda 11 min nəfəri işdən çıxaracağını və 7 zavodun bağlanacağını açıqlayıb. Bununla da, Nissan son bir il ərzində ümumilikdə 20 min nəfəri işdən çıxarmış oldu ki, bu da şirkətin ümumi işçi qüvvəsinin 15 faizini təşkil edir.

Digər tərəfdən, Çində elektrikli avtomobil sektoru da kəskin rəqabətlə üz-üzədir. BYD, Leapmotor və Changan kimi brendlər son aylarda qiymətlərini əhəmiyyətli dərəcədə endirib.

Məqalədə: #İsveç #Volvo #ABŞ gömrük siyasəti #Avtomobil sektorunda böhran #Avtomobil sənayesində iş itkiləri #Çin avtomobil bazarında rəqabət #Volvo Cars ixtisar

Mövzu üzrə digər xəbərlər

H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək
ArabShow

H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək

12:06
İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək
Digər Dövlətlər

İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

28 Avqust 16:32
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
Siyasət

ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib

4 İyul 18:44
Qlobal Toxum Anbarı bəşəriyyəti qoruya bilərmi?
Tarixdə bu gün

Qlobal Toxum Anbarı bəşəriyyəti qoruya bilərmi?

19 İyun 03:00

Son Xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.