4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Alimlər Günəş sistemində yeni cırtdan planetə bənzər obyekt aşkarlayıb

1 İyun 2025 16:00
Alimlər Günəş sistemində yeni cırtdan planetə bənzər obyekt aşkarlayıb

BAKI, AzerVoice

Plutonun oxşarı - Günəş sisteminin kənarında sirli obyekt kəşf edilib.

AzerVoice xəbər verir ki, alimlər Günəş sisteminin Neptundan kənar hissəsində "2017 OF201" adlı qeyri-adi trans-Neptun obyekti aşkarlayıblar.

Kəşf Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzi tərəfindən rəsmi şəkildə təsdiqlənib.

Qabaqcıl Tədqiqatlar İnstitutunun mütəxəssisi Sihao Çenqin sözlərinə görə, bu obyekt kütləsinə görə cırtdan planet kimi təsnif edilə bilər və Plutonla bənzər xüsusiyyətlərə malikdir. Orbitin analizi göstərir ki, 2017 OF201 Günəşdən ən uzaq nöqtəsində Yer orbitindən 1600 dəfə, ən yaxın nöqtədə isə 44,5 dəfə uzaqdadır. Bu ekstremal orbit üzrə tam dövrü 25 min il çəkir.

Tədqiqatçılar bu obyektin qəribə trayektoriyasının səbəbini hələlik tam müəyyən edə bilməsələr də, ehtimal edirlər ki, o, Oort Buluduna atıldıqdan sonra yenidən Günəş sisteminə qayıdıb.

Qeyd edək ki, bu kəşf illərdir müzakirə olunan "Planet Nine" (Doqquzuncu Planet) fərziyyəsinə alternativ baxış təqdim edir. 2017 OF201 bu fərziyyəni dəstəkləyən “qruplaşmış orbitlərə” aid olmasa da, Günəş sisteminin ucqar bölgələrinin daha sıx və dinamik olduğunu göstərir.

Alimlər bildirirlər ki, bu tip cisimlərin yalnız kiçik bir hissəsi Yerə kifayət qədər yaxınlaşaraq müşahidə edilə bilir. Bu isə onu göstərir ki, oxşar ölçü və orbitə malik yüzlərlə başqa obyekt də mövcud ola bilər.

Məqalədə: #kosmos #elmi tədqiqat #yeni planetlər #yeni kəşf edilən planetlər #Günəş #kosmosda həyat axtarışı #Kainatın genişlənmə sürəti #kosmos tədqiqatları 2025 #Yer kürəsi

Mövzu üzrə digər xəbərlər

Yerdənkənar həyatın kəşfi Tramp irsini ədəbiləşdirə bilər - Avi Loeb
Digər Dövlətlər

Yerdənkənar həyatın kəşfi Tramp irsini ədəbiləşdirə bilər - Avi Loeb

28 Avqust 12:40
Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı
Səudiyyə Ərəbistanı

Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

24 Avqust 10:27
SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?
Texnologiya

SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?

1 Avqust 18:47
ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin
VOA təhlil mərkəzi

ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

16 İyun 09:00

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.