4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qəzzada aclıqdan ölənlərin sayı artır - ÜST

28 May 2025 16:05
Qəzzada aclıqdan ölənlərin sayı artır - ÜST

BAKI, AzerVoice

Qəzzada aclıq və qıtlıq həyati təhlükə həddindədir.

AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balkhy, Qəzzadakı vəziyyətin son dərəcə fəlakətli olduğunu bildirib.

Onun sözlərinə görə, İsrailin intensiv hücumları və davam edən blokada səbəbindən bölgədə aclıq və qıtlıq həyati təhlükə səviyyəsinə çatıb və artıq insanlar aclıqdan ölməyə başlayıb.

Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci iclasında çıxış edən Balkhy, Qəzzadakı səhiyyə infrastrukturunun demək olar ki, tamamilə sıradan çıxdığını, gigiyenik şəraitin olmadığını və əhalinin son dərəcə çətin şəraitdə yaşadığını vurğulayıb. Onun sözlərinə görə, dərman və tibbi avadanlıq ehtiyatlarının 40 faizdən çoxu tükənib.

ÜST rəsmisi bildirib ki, hazırda Qəzza sərhədində yardım çatdırılması üçün gözləyən təxminən 51 yük maşını var. Lakin blokada səbəbindən bu yardımların bölgəyə çatdırılmasında ciddi problemlər yaşanır.

Qeyd edək ki, Balkhy bölgədə dəri xəstəlikləri, pnevmoniya və psixoloji travmaların artdığını, aclıq və humanitar böhranın isə gündən-günə dərinləşdiyini bildirib. Onun sözlərinə görə, Qəzzada həlak olanların sayının artıq 54 mini keçdiyi bildirilsə də, dağıntılar altında qalanların sayı bəlli deyil və real rəqəmlər daha yüksək ola bilər.

Məqalədə: #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Beynəlxalq humanitar yardım #Humanitar yardım təşəbbüsləri #Qəzzada aclıq və resurs çatışmazlığı

Mövzu üzrə digər xəbərlər

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59
HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb
Fələstin

HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

1 Sentyabr 20:44
Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir
Siyasət

Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

27 Avqust 07:39
Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib
Qətər

Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

26 Avqust 21:17

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.