5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ Dövlət Departamentində kütləvi ixtisarlar başlayır

ABŞ prezidenti Donald Trampın federal hökuməti kiçiltmə siyasətinə uyğun olaraq Dövlət Departamentində yaxın günlərdə genişmiqyaslı ixtisarların həyata keçiriləcəyi bildirilir.

11 İyul 2025 11:15
ABŞ Dövlət Departamentində kütləvi ixtisarlar başlayır

BAKI, AzerVoice

ABŞ Dövlət Departamentində kütləvi ixtisarlar başlayır.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın federal hökuməti kiçiltmə siyasətinə uyğun olaraq Dövlət Departamentində yaxın günlərdə genişmiqyaslı ixtisarların həyata keçiriləcəyi bildirilir.

“Washington Post”un əldə etdiyi Dövlət Departamentinin daxili memorandumunda işçilərə tezliklə e-poçt vasitəsilə işdən çıxarılma bildirişlərinin göndəriləcəyi qeyd olunub.

Sənəddə ixtisar olunacaq əməkdaşların sayı açıqlanmasa da, vəzifələrini itirəcək şəxslərə dəstək göstəriləcəyi qeyd edilib. ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus planın Dövlət katibi Marko Rubio tərəfindən təsdiqləndiyini və icra mərhələsinə keçdiyini açıqlayıb.

Qeyd edək ki, iyunun əvvəlində Kaliforniya ştatında federal hakimlik Dövlət Departamentində təxminən 2000 nəfərin ixtisar edilməsinə dair planı müvəqqəti dayandırmışdı. Lakin sonradan Ali Məhkəmə bu qərarı ləğv edərək Trampın planının qarşısını açdı.

Donald Tramp vəzifəyə gəldikdən sonra federal hökumətin strukturunda ciddi dəyişikliklər həyata keçirərək Kənd Təsərrüfatı, Energetika, Əmək, Daxili İşlər, Dövlət, Xəzinədarlıq və Veteranların İşləri kimi mühüm departamentlərdə minlərlə vəzifəni ixtisar edib. Proses həmçinin Milli Elm Fondu, Kiçik Biznes Assosiasiyası və Ətraf Mühitin Mühafizəsi Agentliyinə də təsir göstərib. Bu ixtisarlar həmkarlar ittifaqları və bir çox təşkilatlar tərəfindən məhkəməyə daşınıb və ölkə daxilində narazılıqlara səbəb olub.

Məqalədə: #ABŞ #Donald Tramp #ABŞ Dövlət Departamenti #Marko Rubio #ABŞ-da kütləvi işçi ixtisarı #ABŞ Dövlət Departamenti ixtisarlar #kütləvi işçi ixtisarı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.